Azərbaycan biznes qurmaq üçün ən rahat ölkələrin reytinqində

1
1459

Azərbaycan “Forbes” jurnalı tərəfindən tərtib olunan “Biznes üçün ən yaxşı ölkələr – 2018” adlı reytinqdə 70-ci yeri tutub.

Bizplus.az APA-ya istinadən xəbər verir ki, 2017-ci il üçün tərtib olunmuş reytinqdə Azərbaycan 64-cü olub.

Reytinq 153 ölkəni əhatə edir. Siyahı “Freedom House”, “Heritage Foundation”, “Property Rights Alliance”, “United Nations”, “Transparency International”, “World Bank Group” və “World Economic Forum” kimi təşkilatların məlumatları əsasında tərtib olunub.

Tərtibat zamanı 15 meyar nəzərə alınıb ki, bunların arasında innovasiyalar, özəl mülkiyyət, infrastruktur, vergi sistemi və başqalarını qeyd etmək olar.

Qonşularımızın reytinqdəki yerlərinə gəlincə, Gürcüstan 52, Türkiyə 56, Rusiya 58, Ermənistan 88-ci yerdə qərarlaşıb.

Reytinqin lideri Böyük Britaniyadır. Bu ölkəni Yeni Zelandiya, Niderland, İsveç, Kanada, Honkonq, Danimarka,  İrlandiya, Sinqapur, İsveçrə kimi ölkələr izləyir. Reytinqin autsayderi Çaddır.

1 COMMENT