Azərbaycan Türkiyədən 1 milyon 746 min dollarlıq saqqız idxal edib

0
2193

2017-ci ilin 11 ayında Azərbaycan Türkiyədən 1 milyon 746 min dollarlıq saqqız idxal edib.

Türkiyədən bu ilin 11 ayında həyata keçirilən saqqız ixracı, ötən ilin eyni dövrü ilə müqayisədə 30 faiz artaraq 64 milyon 510 min dollara çatıb.

“Marja” Türkiyə İxracatçılar Assosiasiyasına istinadən xəbər verir ki, keçən ilin 11 ayında 49 milyon 383 min dollarlıq saqqız ixracı həyata keçirilib. Bu rəqəm, 2017-nin eyni dövründə 30 faiz artaraq 64 milyon 510 min dollara çatıb.

Saqqız ixracatında birinci yeri təxminən 26 milyon dollarla İraq tutub. Bu ölkənin ardınca 2 milyon 183 min dollarlarla İran, 2 milyon 94 min dollarla Almaniya, 1 milyon 748 min dollarla Suriya və 1 milyon 746 min dollarla Azərbaycan gəlir.

Türkiyədən bu dövrdə 60 ölkəyə 14 ton saqqız göndərilib.

Türkiyənin saqqız ixracatında ilk 5 ölkə:

ÖLKƏ (MİN DOLLAR)

İRAQ 25.906
İRAN 2.183
ALMANİYA 2.094
SURİYA 1.748
AZƏRBAYCAN 1.746