Jalə Əlizadə
Əlizadə Jalənin 24 yaşı var. Bank işi ixtisasını bitirib. 1 ildirki toxuculuqla məşğuldur. Jaləalizadeh_ha ndmade adlı istaqram səhifəsi var. Hazırda öz komandasını yaratmaq və Jale Alizadeh brendi adı altında şəxsi kolleksiyasını satışa çıxartmaq yönündə irəliləyir.
Nəzifə Cəfərova
1997-ci ildə Bakı şəhərində anadan olan və Bakı Texniki Kollecinin mühasibat uçotu və audit ixtisası üzrə təhsil alan Nəzifə Cəfərova hobbi kimi başladığı bir işin nəticəsi olaraq 2015-ci ildən “Nezz Sweet’s” adı altında öz şirniyyatlarını müştərilərə təqdim etməyə başlamışdır. Nəzifə tezliklə şirniyyat sahəsi üzrə öz şəxsi markasını yaratmağa hazırlaşır.
Kazımlı Kəmalə
“25 yaşım var. İxtisasım Riyaziyyat və informatikadır. Lakin arzum və bacarığımın arxasınca getdim və “inci.handmade” adı altında əl işlərimi önə çıxartdım. Artıq 3 ildir məşğulam. Qarşıdakı məqsədim brendleşdirməkdir bunun üçün bacardığım qədər çalışıram.”
Nuranə Xaliq qızı 1995-ci ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsidir.
“İlk dəfə özüm və rəfiqəm üçün aksesuar sifariş etdim. Sonra düşündüm niyə də bir səhifəm olmasın, niyə də öz pulumu özüm qazanıb ayaqlarım üstdə dura bilməyim. 16.08.2015 tarixində səhifəni açdım. Şokoladı çox sevdiyim üçün chocolate_accessorize oldu adı. Gələcəkdə də eyni adlı butikimin olmağını hədəfləyirəm.”
Ülviyyə Nəsirli
Ülviyyə Nəsirli 1995-ci ildə Bakıda anadan olub. Azərbaycan Dillər Universitetini bitirib və ixtisasca ingilis dili müəllimidir. Uşaqlıqdan tikiş tikməyi bacaran Ülviyyə, bacarıqlarını inkişaf etdirərək tikişlə aksesuar hazırlamağa başlayandan sonra öz brendini yaratmağa qərar verib. Artıq 2 ildir ki, Ullivia Makes adlı aksesuar brendinin sahibidir.
Günel İsmayılova
1993-cü ildə Bakı şəhərində anadan olan Günel İsmayılova ADRA nəzdində İncəsənət kollecinin məzunudur. İncə zövqünü öz əl işlərində də əks etdirən Günel Zeze Cards‘ın qurucularından biridir. O, eyni zamanda qrafik-dizayner kimi də fəaliyyət göstərir.
Xəyalə Quliyeva
Xəyalə Quliyeva 1993-cü ildə Gürcüstanda doğulub. Pedaqoji universitetinin pedaqogika&psixologiya fakültəsini bitirib. “Rəngliliyi, dəyişkənliyi çox sevirəm. Bakıda zövqümə uyğun aksessuar tapa bilmirdim. Bir az araşdırma edib özüm üçün tapdıqdan sonra, həmyaşıdlarımı da düşündüm və 3 il öncə instagram üzərindən Nazz_Shopingin online mağazasını yaratdım. Çox uğurlu bir başlanğıcla işə başladım. Hazırda sayımız 43 mini keçib. Bizim məhsullar həmçinin ElVieonto art&Crafts kafedə satış üçün yerləşdirilib.”
Nərmin Məhərrəmli
Nərmin Məhərrəmli 1997-ci ildə Naxçıvanda anadan olub. Bakı Texniki Kollecində Gömrük işi ixtisası üzrə təhsil alıb. 2015-ci ildə 3-cü kurs tələbəsi olan Nərmin NAMCO online mağazasını yaradır. İlk öncə uğurlu olmamasına baxmayaraq davam edir və artıq 2 ildir şəxsi əşyaları daha da özəlləşdirməklə məşğuldur.