“Walt Disney” və “Fox” arasında, əyləncə və media sektorunda uzun müddətdir gözlənilən satınalma rəsmən baş verdi.
“Marja” xəbər verir ki, “Walt Disney” tərəfindən verilən rəsmi açıqlamaya görə, 52.4 milyard dollar qarşılığında qəti olaraq razılığa gəlinib.
“Walt Disney”, media dünyasında “daşları yerindən oynada biləcək” müqavilə çərçivəsində “21st Century Fox” şirkətinə məxsus kabel, beynəlxalq TV əməliyyatları ilə bərabər “Twentieth Century Fox Film”, TV studiyalarını və bütün aktivlərinin də sahibi olacaqdır.
“Walt Disney” şirkəti “21st Century Fox”un təxminən 13.7 milyard dollar məbləğindəki borcunu da ödəyəcək. Beləliklə, prosesin ümumi böyüklüyü 66.1 milyard dollar olacaq.
“Walt Disney” bu satınalma ilə bütün dünyadakı müştərilərinə daha yaxşı məzmun yaratmaq və daha artıq maraq oyadan əyləncələri təqdim etmək istəyir.
FOX yayım şəbəkəsinə “Fox News”,”Fox Business Network”, FS1, FS2 və “Big Ten Network” kimi platformalar daxildir.
“Walt Disney”, müqavilə ilə “21st Century Fox”un dünya miqyasında tanınan Avatar, The Simpsons, Modern Family, X-Men, Fantastic Four, The Grand Budapest Hotel, Hidden Figures, Gone Girl, The Shape of Water və The Martian kimi bir çox məhsulların hüquqlarını da əldə edəcək.
FX Networks, National Geographic Partners, Fox Sports kimi bir çox kanal ilə bərabər, şirkətin Hulu və Sky-daki 39% səhmi də “Walt Disney”in tərkibinə keçəcək.
Fox-un sahibi 86 yaşlı Rupert Murdoch, hələ 21 yaşında atasından miras qalan tək bir yerli qəzeti beynəlxalq media və film şirkətinə çevrilmişdir.