JPMorgan, Hilton-dan 882 milyon dollarlıq pay alıb

0
808

Beynəlxalq bank JPMorganChase üçüncü rübdə, Hilton otellər şəbəkəsinin sahibi Hilton Worldwide Holdings-dan 2 milyon 35 min ədəd səhm satın alıb.

Beləliklə səhmlərini 19 faiz artıran JPMorgan-ın Hilton-da payı 3,98 faiz olub. Bu payın dəyəri 882 milyon 616 min dollardır.

Üçüncü rüb balansını 26 Oktyabrda açıqlayan “Hilton Worldwide”ın gəliri 2,28 milyard dollarlıq proqnozu aşaraq 2,35 milyard dollara yüksəlib. Şirkətin gəlirləri, ötən ilin eyni dövrünə nisbətən 7 faiz artıb.

“Hilton Worldwide”ın İdarə Heyəti, 16 Noyabrda 1 milyard dollarlıq səhmin geri alınması proqramına başlamışdı.

©marja