“Xiaomi” bir rübdə 27,6 milyon smartfon satdı

0
838

Dünən “Xiaomi” şirkəti tanınmış brendlər arasında ən əlçatan tam ekranlı “Redmi 5” və “Redmi 5 Plus” smartfonlarını təqdim edib.

İstehsalçı elan edib ki, bu ilin üçüncü rübünün nəticələrinə əsasən, 27,6 milyon ədəd smartfon satışına nail ola bilib.

Nəticədə “Xiaomi” dünyada ən yaxşı beş tədarükçüləri siyahısına daxil ola bilib. Bununla da şirkət bazar payını 3,7 faizdən 7,4 faizə qədər artıra bilib. Ötən ilin üçüncü rübü ilə müqayisədə şirkətin satışları 102,6 faiz artıb.

Xatırladaq ki, “Xiaomi” Hindistanda smartfon bazarındakı böyüklüyünə görə ikinci olan “Samsung” şirkətini qabaqlamaq üzrədir.

©lent.az