Azərbaycan və Gürcüstan startapların inkişafına dair memorandum imzalayıb

1
819

Bakıda keçirilən “Bakutel-2017” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Yüksək Texnologiyalar Parkı” və Gürcüstan İnnovasiya və Texnologiya Agentliyi arasında anlaşma memorandumu imzalanıb.

“Report” xəbər verir ki, anlaşma memorandumunun məqsədi müəssisələr arasında əməkdaşlığın daha da genişləndirilməsi, iki ölkə startaplarının, innovatorların fəaliyyətinə dəstək və beynəlxalq arenaya çıxışına köməklik göstərməkdir.

Eyni zamanda, memorandum biznes-forum, təlim və görüşlərin təşkilini, elm müəssisələri arasında və əqli mülkiyyət sahəsində əməkdaşlığı, innovasiya, texnologiya, elmi tədqiqatların nəticələrinin kommersiyalaşdırılması üzrə təcrübə mübadiləsini ehtiva edir.

1 COMMENT