Bakı şəhərinin ictimai iaşə dövriyyəsinin həcmi 723,6 milyon manat olub

1
760

Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin ictimai iaşə dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,3 faiz artaraq 723,6 milyon manat olub.

Bakı Şəhər Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, dövriyyənin 45,2 faizi hüquqi şəxs statuslu müəssisələrin, 54,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür. Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyənin həcmi 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə 15,9 faiz artaraq 326,8 milyon manat təşkil edib.

1 COMMENT