Dünyanın ən bahalı şəhəri: Sinqapur

0
1605

Dünyanın ən bahalı şəhərləri reytinqində Sinqapur ardıcıl olaraq 4-cü il lider yerini qoruyub. Bu barədə “The Economist Intelligence Unit” jurnalının araşdırmasında bildirilir.

Araşdırmaya görə, reytinqdə ikinci sıranı Honq-Konq, üçüncü yeri isə Sürix (İsveçrə) tutub. Reytinqin hazırlanmasında (140 ölkənin 1 000 şəhəri üzərə) 160 adda mal və xidmətlərin qiymətləri müqayisə edilib.
İlk onluqda həmçinin Tokio (Yaponiya), Osaka (Yaponiya), Seul (C.Koreya), Cenevrə (İsveçrə), Paris (Fransa), Nyu-York (ABŞ) və Kopenhagen (Danimarka) yer alıb.

Ən ucuz şəhər statusuna isə Qazaxıstanın paytaxtı Almatı şəhəri layiq görülüb. Ən ucuz 10 şəhər arasında (cədvəldə aşağıdan yuxarı) Laqos (Nigeriya), Banqalor (Hindistan), Karaçi (Pakistan), Əlcəzair (Əlcəzair), Çennay (Hindistan), Mumbai (Hindistan), Kiyev (Ukrayna), Buxarest (Macarıstan) və Nyu-Deli (Hindistan) da var.

Son 12 ayda reytinqi ən çox zəifləyən şəhərlər arasında ilk 10-luqda Mançester (B.Britaniya), Buenos-Ayres (Argentina), London (B.Britaniya), Pekin (Çin), Suçjou (Çin), Laqos (Nigeriya), Quançjou (Çin), Tianjin (Çin), Dalian (Çin) və Mexiko (Meksika) olub.

Son 12 ayda reytinqdə ən sürətlə yüksələn 10 şəhər isə San-Paolo (Braziliya), Rio-de-Janeyro (Braziliya), Vellinqton (Y.Zelandiya), Okland (Y.Zelandiya), Brisbon (Avstraliya), Adelaida (Avstaraliya), İstanbul (Türkiyə), Montevideo (Uruqvay), Moskva (Rusiya) və Reykyavikdir (İslandiya).

© Report