90-cı illərin biznesmenləri ilə indikilər arasındakı fərqlər

Date:

Paylaş:

20 il ərzində işgüzar insan obrazı kifayət qədər dəyişmişdir. Keçmişin və indiki zamanın biznesmenlərinə xas olan bəzi xarakterik xüsusiyyətləri diqqətinizə təqdim edirik.

1993-cü il – Tennis

Müstəqil Rusiyanın ilk prezidenti Boris Yelsinin sayəsində tennis dəbə mindi. Siyasətçilərin və iş adamlarının korta çıxması, məhz onun adı ilə bağlıdır. «Vimm-Bill-Dann» kompaniyasının adını isə onun yaradıcıları Uimbldon barında birlikdə tennis turnirini izləmə prosesində düşünüb-tapıblar.

2013-cü il  – Dağ xizəyi

Uzun qış tətilləri özünə əsl məzuniyyət təşkil etmək imkanı verir. Təəccüblü deyil ki, bir çox iş adamları bu müddətdə dağ xizəklərində sürüşür və ya snoubordla əylənirlər.

1993-cü il – Personal kompüter

Çoxlu yer tutan mürəkkəb texniki avadanlıqlar – kompüter, faks, printerlər – həmin dövrdə uğurlu insanların ofislərinin asan xarakterik cizgisi idi.

2013-cü il  – Planşet

Son xəbərləri bilmək və elektron poçtu yoxlamaq üçün artıq ofisə getməyə gərək yoxdur. Planşetlər və noutbuklar sayəsində artıq istənilən bir yerdən iş prosesinə qoşulmaq olar.

1993-cü il – Nağd pul

Üzərinə rezin keçirilmiş dollar “paçkası” – 90-cı illərin daha bir əlamətidir, o zaman bir çox sövdələşmələri qeyri rəsmi xarakter daşıyır, müqavilələr isə qarşılıqlı anlaşma əsasında imzalanırdı.

2013-cü il – Kredit kartları

Nağd pul toplarının yerini plastik kartlar tutmağa başladı. Kartlarla yer kürəsinin istənilən yerində, dükanlarda və ya internetdə ödəniş etmək mümkün oldu.

1993-cü il  – Bakal viski

Yeni-yeni yaranan bar və restoranlar işgüzar görüşlərin keçirilməsi və danışıq aparılması üçün əsas məkana çevrilir. Sağlam və möhkəm qaraciyər isə əsas rəqabətə davamlı üstünlük olur.

2013-cü il – Bir fincan qəhvə

Qərb məişətinin adət-ənənələri hətta Azərbaycana da ayaq açıb. İşgüzar görüşlərdə qəhvə təklif etmək, işdə kollektiv şəkildə qəhvə içmək və ya özünlə işə qəhvə aparmaq müasir işləyən insanların əsas vərdişinə çevrilib.

1993-cü il – Siqaretlər

Yalnız bizneslərinin qeydinə qalan və yalnız bu gün üçün yaşayan 90-cı illərin biznes adamları öz sağlamlıqlarını məhv edirdilər. Onların sürdüyü həyat tərzini çətin ki, sağlam adlandırmaq mümkün olsun.

2013-cü il  – Hantel

Öz sələflərindən fərqli olaraq, yeni dövrün biznesmenləri sağlamlığın qeydinə qalır, idman zallarına üzv olur və özlərini formada saxlamağa çalışırlar.

1993-cü il – Mobil telefon

Mobil telefonların ilk iri həcmli modelləri nəinki öz sahibinin nüfuz göstəricisi idi: biznesmenlər informasiyanı mümkün qədər operativ əldə etməyə ehtiyac duyurdu və ənənəvi stasionar telefon onların tələbatını ödəməyə artıq kifayət etmirdi.

2013-cü il – Smartfon

2007-ci ildə Stiv Cobs ilk iPhone-u təqdim etdikdən bəri, belə bir qadcetə sahib olmaq nəinki Apple-ın fanatları arasında, həm də yeni nəsil iş adamları arasında dəbə çevrilib.

1993-cü il – Saatlar

Qızıl “roliksləri” «Generation P» dövrünün qəhrəmanları taxırdı ki, sifarişçilərin gözünə kül üfləsin. Biznesmenlər də elə onları eyni məqsədlə, zəngin olduqlarını göstərmək xətrinə alırdılar.

2013-cü il – Təyyarə biletləri

İndi əsas müvəffəqiyyət əlaməti heç də bahalı əşyaların mövcudluğu deyil, geniş dünyagörüşüdür. Bir çox kompaniyalar xaricdən investisiya cəlb etməyə müyəssər olub, onların rəhbərləri isə dünyanın ən yaxşı ali məktəblərinə MBA proqramları üzrə təhsil almağa yollanıblar.

1993-cü il – «Mercedes» açarları

Gülüş hədəfinə çevrilənə qədər, qara Mercedes-600 markalı bu avtomobil müvəffəqiyyət və çiçəklənmə simvoluna çevrilməyə müyəssər olub, həmin dövrün iş adamları sözün əsl mənasında belə bir avtomobilə sahib olmalı idi

2013-cü il – Motosiklet

Yüksək və zadəgan sinfinin avtomobillərinin yerinə bu dövrün biznesmenləri motosikletə əyləşməyi daha üstün tuturlar. Məsələ heç də onların tıxaclardan yan qaçmaq istəyi ilə bağlı deyil – sadəcə ekstremal idman növləri ilə məşğulluq stressdən qurtulmağın ən populyar üsullarından birinə çevrilir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...