Əsas səhifə Biznes sahələri Kriptovalyuta 8 şirkət “Facebook”un kriptovalyuta layihəsindən imtina edib

8 şirkət “Facebook”un kriptovalyuta layihəsindən imtina edib

57
Paylaş

Britaniyanın Vodafone telekommunikasiya konqlomeratı Libra Assosiasiyasının iştirakçıları tərkibindən çıxıb. Bu, “Facebook”un kriptovalyuta növbəti işlənmə layihəsində iştirakdan rəsmən imtina edən səkkizinci şirkətdir.

Telekom-nəhəngin assosiasiyadan çıxmasına səbəb kimi M-Pesa şirkətinin layihəsinə yatırım etməsi qərarı göstərilir. M-Pesa  rəqəmsal ödənişlər sahəsində qərarlar hazırlayır və “Facebook”dan fərqli olaraq bu istehsalçının amerikan maliyyə tənzimləyiciləri ilə hələ ki problemləri yoxdur.

Vodafone-da bildiriblər ki, gələcəkdə “Libra”ya qayıda bilərlər, amma hələ ki, o, vəsaitləri öz rəqəmsal təşəbbüsünün inkişafına yönləndirmək istəyir.

Libradan isə qeyd ediblər ki, assosiasiyanın tərkibindəki dəyişiklik onların planlarına və iş fəallıqlarına təsir etməyəcək. İdarəçilik quruluşu və Libra texnologiyaları onların buraxılışı 2020-ci ilə planlaşdırılan ödəniş sisteminn davamlılığına zəmanət verir.

Xatırladaq ki, “Vodafone”dan başqa, Facebook layihəsində iştirakdan artıq Visa, MasterCard və PayPal kimi iri şirkətlər də imtina ediblər. Bu vaxta qədər layihədən ümumilikdə səkkiz şirkət çıxıb. Yanvarın 17-də  Libra Assosiasiyası Facebook ödəniş sisteminin hazırlanmasına nəzarət komiteti yaradıb və hələ ki, kriptovalyuta buraxılışı planlarından imtina etmk fikrində deyil.