“737 Max” seriyalı təyyarələrin uçuşları yalnız yay mövsümünün sonunda bərpa oluna bilər

Date:

Paylaş:

“Boeing 737 Max” təyyarələrinin uçuşları Amerika korporasiyasının rəhbərliyinin gözlədiyindən bir qədər gec bərpa olunacaq.

“Boeing 737 Max”ın uçuşlarının bərpası üzrə icazə yalnız bu ilin yayın sonunda verilə bilər. “Boeing” şirkətinin yenilənmiş MCAS (“Maneuvering Characteristics Augmentation System”) sisteminin quraşdırılması üzrə təklifi ABŞ-ın tənzimləyiciləri tərəfindən rəsmən mayın 23-də təsdiqlənə bilər, lakin yenilənmiş sistemin gələcəkdə yenilənməsinin və sertifikasiyasının tətbiqi prosesi bir neçə ay tələb edir.

Nəticədə, “737 Max” seriyalı təyyarələrin uçuşları yalnız yay mövsümünün sonunda bərpa oluna bilər.

Qeyd edək ki, bundan öncə sözügedən təyyarələrin uçuşları iyul ayının ortalarında bərpa olunacağı deyilirdi.

Xatırladaq ki, son yarım il ərzində iki “Boeing 737 MAX” təyyarəsi qəzaya uğrayıb, nəticədə 346 nəfər həlak olub. Artıq dünyanın 30-dan çox aviaşirkəti bu təyyarə növündən istifadə etməkdən imtina edib.

Qeyd edək ki, AZAL “Boeing” korporasiyasından 10 “Boeing 737 MAX 8” tipli təyyarə sifariş edib. “Boeing 737 MAX 8” təyyarələrinin ilk partiyası artıq bu il Azərbaycana çatdırılmalı idi. Lakin yaranmış vəziyyətlə bağlı sözügedən avialaynerləri sifariş edən digər aviaşirkətlərdə də olduğu kimi, proses dayandırılıb.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...