70 min dollarlıq iPhone x istehsal ediləcək

Date:

Paylaş:

ABŞ-ın qurğuların qeyri-adi dizaynının hazırlanmasında ixtisaslaşan “Brikk” istehsalçısı qızıldan düzəldilən “iPhone X” smartfon modeli üçün ilkin sifarişlərin qəbuluna başlayıb.

ayfon x iphone x qiymeti

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, yeni smartfonun ümumilikdə beş kolleksiyasının buraxılacağı bildirilir. Onların birincisi – “Lux iPhone X Mono” arxa tərəfi naxışlı şüşə ilə istehsal ediləcək, smartfonun yan elementləri isə sarı, çəhrayı qızıldan və ya platindən olacaq. Bərbəzəkli yeni qurğunun qiyməti 7,4 min dollar təşkil edəcək.

Məlumata görə, daha dörd kolleksiya – “Classic”, “Deluxe”, “Omni” və “Ingot” qiymətli metal və daşlardan istifadə edilməklə düzəldiləcək. İstehsal xəttində ən bahalısı 250 qram qızıldan hazırlanan “iPhone X” olacaq. Onun qiyməti 69,9 min dollara çatacaq.

Qeyd edək ki, İT nəhəngi “Apple” şirkəti “iPhone X” smartfonunu sentyabrın 12-də təqdim edib. Modeldə blokdan çıxarılma üçün sifətin tanınması texnologiyası tətbiq olunub.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...