Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər 68 qadın sahibkar Almaniyada iqtisadi kooperasiya üzrə ixtisasartırma kursu keçib

68 qadın sahibkar Almaniyada iqtisadi kooperasiya üzrə ixtisasartırma kursu keçib

807
Paylaş
Style: "Getty"

İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Enerji Nazirliyi tərəfindən həyata keçirilən “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2009-2017-ci illərdə 338 sahibkar və menecer Almaniyada iqtisadi kooperasiya üzrə 1 aylıq ödənişsiz ixtisasartırma kursu keçib. Onların 38 nəfəri bu il göndərilib. Bütün ixtisasartırma kursu keçənlərin 20,1 faizini (68 nəfər) qadın sahibkar və menecerlər təşkil edir.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 8-də İqtisadiyyat Nazirliyinin dəstəyi, nazirliyin Bakı Biznes Tədris Mərkəzinin və İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Kiçik və orta sahibkarlıq (KOS) subyektləri üçün “Ömür boyu öyrənmək” imkanlarının təmin edilməsi: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov məlumat verib.

İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin daha da genişləndiyini vurğulayıb, Strateji Yol xəritələrində müəyyən edilmiş tədbirlərin İqtisadiyyat Nazirliyi üzrə icrası barədə danışıb. O, KOS subyektləri üçün “ömür boyu öyrənmək” imkanlarının təmin edilməsinin, innovativ düşüncə tərzinin, yeni bilik və bacarıqların, beynəlxalq təcrübənin aşılanmasının önəmini diqqətə çatdırıb.