Hər gün 100 milyondan çox adamın ziyarət etdiyi gif istehsalçısı Giphy aldığı 72 milyon dollarlıq son sərmayə ilə dəyərini 600 milyon dollara çatdırdı. Şirkətin icraçı direktoru belə bir dəyərə çatmasına baxmayaraq hələ bir gəlir əldə edə bilməyən Giphy üçün reklam modeli üzərində çalışdıqlarını söyləyib.
Gif faylların veb saytlarda paylaşılmasını təmin Giphy 2013-ci ildə quruldu və bu üç il ərzində çox müvəffəqiyyət qazandı. Sonuncu dəfə 72 milyon dollarlıq bir sərmayə alan şirkətin sərmayəçiləri arasında Draper Fisher Jurvetson, Institutional Venture Partners və China Media Capital var.
Serial, film, ictimai videoların görüntülərindən alınan GIF’lər, istifadəçilər tərəfindən çox sevildi. Ancaq hələ heç bir gəlir modeli yoxdur. Hər gün 100 milyondan çox adamın ziyarət etdiyi New Yorkda yerləşən şirkət xərclərini fonddakı puldan qarşılayır.
600 milyon dollarlıq bir dəyərə çatan Giphy’nin qurucusu və CEO-su Alex Chung gəlir modeli üzərində çalışdıqlarını söyləyib.