6 ilə rəqiblərlə dolu bazarda 0-dan $1 mlrd. qədər

Date:

Paylaş:

“Cisco”, “Microsoft”, “Adobe”, “Citrix”, “Polycom” və bu kimi digər dünya nəhəngləri ilə toqquşmaq istəyərdiniz? Yox?

Çində yaşayan Erik S. Yuan adlı bir gənc oğlan bunu edəcəyinə qərar verdi. O, 2011-ci ildə “Zoom” şirkətini təsis edərək, cəmi altı ilə 1 milrd. dollara qədər böyüdü.

Necə?

    1. O , uşaqlıqdan Çində yaşayıb. Və 90-cı illərin ortalarında ABŞ-a getmək üçün viza alacağına qərar verdi. Lakin hər şey bu qədər sadə deyildi – Erik “yox” cavabını aldı. 2 il dalbadal inadkarlıqla təkrar-təkrar viza üçün sorğu göndərən Erik, 9-cu dəfədən istədiyini əldə edə bildi.
    2. 1997-ci ildə, o, motivasiya ilə dolu Silikon Vadisinə gəlir və kiçik bir startapda işə düzəlir. Startapda cəmi 10 nəfər çalışırdı – “WebEx” (interaktiv ünsiyyət xidməti).
    3. 10 il müddətində bu şirkətdə işləyərək təcrübə qazandıqdan sonra, Erik tərtibat üzrə vitse-prezident vəzifəsinə qədər yüksəldi. O, dünya üzrə 800 mühəndisi idarə edirdi.
    4. 2007-ci ildə “Cisco” şirkəti “WebEx” i 3,2 milyard dollara satın aldı. Beləliklə, Erik artıq “Cisco” nun tərtibat üzrə vitse-prezident vəzifəsini tutmuş oldu.
    5. 2011-ci ilə rəhbərlik innovasiyaları göz ardına daha tez-tez verməyə başlayır və onun istehsal etdiyi məhsul müasir dövrə görə köhnəlmiş hesab olunur – istifadəçilərin şikayətləri get-gedə artırdı. Erik bütün bunlara dözə bilmədi və öz diqqətini video ünsiyyət üçün yaratdığı layihə üzərində cəmləşdirdi. Onunla birgə daha 40 işçi işdən çıxdı və beləliklə “Zoom” meydana gəldi.
    6. 6. 2011-ci ildən 2013-cü ilə qədər bütün diqqət məhsulun qurulmasına yönəldilmişdir.
    7. İlk aylarda şirkət məhdud istifadə siyasətindən istifadə edirdi. Əgər istifadəçi xidmətdən istifadəsini dayandırırdısa, Erik ona mesaj yazaraq bunun səbəbini araşdırıb öyrənməyə çalışırdı.
    8. 2013-cü ildə şirkət öz diqqətini aşağıdakı məsələlər üzərində cəmləşdirdi:
      1. Xidmət viral idi və kimlə isə həmsöhbət etmək istədiyiniz təqdirdə, həmin şəxsi xidmətə dəvət etməli idiniz. Beləliklə, məqsəd №1 – keyfiyyət, №2 – keyfiyyət, №3 – keyfiyyət idi.
      2. Xidmət bu qaydada işləyirdi: 1-ə 1 zənglər pulsuz və məhdudiyyətsiz + 40 dəqiqəyə qədər pulsuz konferens zənglər. Əgər daha çox istəyirsənsə – abunə al.
      3. Xidmətdən istifadə qarşısında duran bütün maneələr aradan qaldırıldı: zəngə 3 saniyə müddətində qoşulmaq imkanı, qeydiyyatdan keçmə kimi zəruriliyin ləğv edilməsi, internet adres vasitəsilə proqram təminatının yüklənməsi.
      4. Öz xidmətini dünya üzrə fəaliyyət göstərən təhsil müəssisələrinə təklif etdilər. Onlardan 1400-ü xidmətə qoşuldu və vuruldu.
  • Bu, çox güclü addımdır! “Zoom” populyar xidmətlərlə əməkdaşlıq etməyə başladı – Redblooth, Logitech, Vaddio, InFocus, InterviewStream.
    1. Sonrakı mərhələdə KİV-lər xidməti sınaqda keçirərək, tərifləyici şərhlər yazmağa başladılar və beləliklə artım daha da sürətləndi.

Nəticələr:

  1. 2013-cü ilə qədər “Zoom” xidmətini 3 milyon insan dəyərləndirib.
  2. Hal-hazırda xidmətin 400 milyon istifadəçisi var.
  3. Şirkətin ştatı 1300 nəfərə qədər artıb.
  4. Onların dəyəri 1 milyard dollar təşkil edir.        

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...