6 ay ərzində ölkədə 20 mindən çox elektron imza sertifikatı istifadəyə verilib

Date:

Paylaş:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) elektron imza ilə bağlı növbəti statistik göstəriciləri açıqlayıb.

MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verildiyi gündən 2019-cu ilin 1 iyul tarixinədək ümumilikdə 187.314 elektron imza sertifikatı istifadəyə verilib. Onlardan 104.802i dövlət qurumları, 46.034-i hüquqi və fiziki (sahibkarlar) şəxslər, 36.478i vətəndaşlar tərəfindən əldə olunub.

Cari ilin ilk yarımilliyində isə istifadəyə verilən e-imza sertifikatlarının sayı 20.376 ədəd təşkil edib. Bu sertifikatlardan 13.484-ü dövlət qurumlarının, 4.458-i hüquqi və fiziki şəxslərin, 2.402i vətəndaşların, 32-si idə qeyri rezidentlərinpayına düşüb.

Son bir ayda istifadəyə verilən e-imza sertifikatlarının sayı 2.850 olub. Belə ki, 2019-cu ilin iyun ayında dövlət qurumlarına 1.742, hüquqi və fiziki şəxslərə 822, vətəndaşlara isə 286 e-imza sertifikatı verilib.

Elektron imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Son bir ildə dövlət qurumları tərəfindən 8.992.379, hüquqi və fiziki şəxslər tərəfindən 1.645.574, vətəndaşlar tərəfindən 37.340 olmaqla, ümumilikdə 10.675.293 autentifikasiya və e-imza əməliyyatı aparılıb. Təkcə 2019-cu ilin ikinci rübü ərzində aparılan əməliyyatların ümumi sayı 3.973.472 olub. Onlardan dövlət qurumlarının payına toplam olaraq 3.507.322, hüquqi və fiziki şəxslərin payına toplam 453.930, vətəndaşların payına isə toplam 12.220 autentifikasiya və elektron imza əməliyyatı düşüb.

Qeyd edək ki, e-imza virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...