Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri 539 mln. dollarlıq lüks saatlar bazardan alınaraq məhv edilib

539 mln. dollarlıq lüks saatlar bazardan alınaraq məhv edilib

840
Paylaş

Cartier, IWC Schaffhausen, Jaeger-LeCoultre, Montblanc, Vacheron Constantin və digər lüks saat  şirkətlərin sahibi olan Richemont şirkəti son iki il ərzində buraxılmış 539 mln. dollar dəyərində saatları bazardan geri almışdır. Sonradan bu saatlar məhv edilmişdir.

Richemont son iki ildə bu siyasəti davamlı olaraq həyata keçirirki o saatlar sonradan endirimlə satan şirkətlərin əlinə keçməsin.

Lüsk saatların satışı dünyada son bir neçə ildə durmadan aşağı düşməkdə davam edir. Buna əsas səbəb Çində antikarrupsiya tədbirlərinin gücləndirilməsidir. Çində bahalı saat əsas rüşvət əşyası kimi istifadə olunurdu.

Məhv edilən saatların bəzi hissələri yeni saatların düzəldilməsində istifadə edilib.