Əsas səhifə Məqalələr Maraqlı 5 ulduzlu oteldən fərqlənməyən qatar

5 ulduzlu oteldən fərqlənməyən qatar

895
Paylaş

Qeyri-adi dizaynı ilə diqqət çəkən qatar, beş ulduzlu otel səviyyəsində verdiyi xidmətlə hər kəsin marağına səbəb olacaq. Ümumilikdə, on vagondan ibarət olan Train Suite Shiki-Shima adlı qatarın dizaynı, xidməti qədər ayrı bir səviyyədədir.

Qeyri-adi bölmələri özü ilə gətirən qatarda iştirak edən şüşə tavanlı hissələr sayəsində, müştərilər rahatlıqla panoramik bir səyahət edə bilərlər. Daxilində hər biri iki nəfərlik olmaqla, 17 ədəd otaq olduğu üçün qatarla yalnız 34 sərnişin səyahət edə bilər. Train Suite Shiki-Shima adlı qatarda, eyni zamanda, professional mətbəx xidməti də var. Hal-hazırda Tokioda mövqeləndirilən qatarın ilk səfəri, Tokyo-Ichinoseki şəhərləri arasında olacaq.

Üç gecə dörd gün şəklində ümumilikdə 1.800 kilometrlik bir reys üzərindən davam edən səfərlərdə sərnişinlər, təyin olunan stansiyalarda dayanıb, bölgədə gəzərək, qatara yenidən geri dönə biləcəklər. May ayında xidmətə başlayacaq olan qatara qonaq olmaq istəyənlərin iki günlük tarifi üçün adam başı 320.000 yuan, təxmini olaraq 2 944 dollar, dörd günlük tarifi üçün isə adam başı 750.000 yuan təxmini olaraq isə 6 900 dollar ödəniş etməlisiniz.

©Trend