Əsas səhifə Xəbərlər Digər xəbərlər 5 saatlıq məhsuldar iş rejiminə keçən Startap

5 saatlıq məhsuldar iş rejiminə keçən Startap

122
Paylaş

2017-ci ildən Rheingans Digital Enabler əməkdaşları tam əməkhaqqı ilə 5 saatlıq iş rejimində çalışırlar. Bu barədə Wall Street Journal xəbər verir. Amma  ofisdə sosial şəbəkələrdən istifadə qadağan olunub.

Alman sahibkar Lasse Rheingans-ın Facebook-a və elektron poçtu gözdən keçirməyə çox vaxtı gedirdi və bu onu işdən yayındırırdı, buna görə də o, ofisdə daha çox vaxt keçirirdi nəinki ailəsi ilə.

2017-ci ilin sonunda o, alman konsaltinq firmasını alanda əməkdaşlar üçün sosial şəbəkədən istifadəni qadağan edir və onları 5 saatlıq iş rejiminə keçirir. Rheingans deyir ki, o vaxtdan iş effektivliyi dəyişməyib.

Bütün əməkdaşlar saat 7:55 və 8:15-də işə gəlirlər, kofe içirlər və 5 dəqiqə söhbət edirlər, sonra isə işə başlayırlar. 5 saatdan sonra “High5” və “Feierabend” yazılı lövhəcik görünür. Bu zaman işçilər işlərini bitirib evə gedirlər.

Eksperiment boyunca şirkətdə əmək məhsuldarlığı yüksək səviyyədə olub. İşçilər də bu rejimdən məmnun qalıblar. 2018-ci ilin maliyyə göstəricilərində platforma müsbət qiymətləndirilib.

Rheingans deyir ki, onun ideyası ilk 5 saatı işə, qalan vaxtı isə özünə həsr etməyə yönəlib. O, korporativ mədəniyyətə xələl gəlməməsi üçün mümkün olan hərşeyi edəcəyini bildirib. Rheingans belə hesab edir ki, komanda təkcə birgə əmək fəaliyyəti il deyil, həm də işdən kənar ünsiyyətlə inkişaf edir.