Əsas səhifə Biznes sahələri Texnologiya 5 il sonra planet əhalisinin 45%-i “5G” şəbəkələrdən istifadə edəcək

5 il sonra planet əhalisinin 45%-i “5G” şəbəkələrdən istifadə edəcək

38
5G
5G

İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” beşinci nəsil (5G) şəbəkələrin inkişafı üzrə öz proqnozuna yenidən baxıb. İndi şirkətin qiymətləndirməsinə görə, 2024-cü ilədək dünyada belə şəbəkələrə 1,9 milyard qoşulma qeydə alınacaq ki, bu da əvvəlki proqnozla müqayisədə 27% daha çoxdur.

Ekspertlərin fikrincə, 5 il sonra planet əhalisinin 45%-nin yaşadığı ərazilərdə “5G” şəbəkələri əlçatan olacaq.

Analitiklər Şimali Amerikanı sözügedən texnologiyanın tətbiqi üzrə gələcək lider adlandırıblar: 2024-cü ilə həmin regionda təxminən 270 milyon “5G” abunəçisi olacaq.

“Ericsson” şirkətinin araşdırmasına görə, 2024-cü ilin sonuna LTE şəbəkələrə qoşulmaların sayı 5 milyard təşkil edəcək.

Rəy bildir

Please enter your comment!
Please enter your name here