Əsas səhifə Biznes 48 milyard dollarlıq Yahoo 4.5 milyard dollara satıldı

48 milyard dollarlıq Yahoo 4.5 milyard dollara satıldı

1530
Paylaş

Məlumata görə şirkətin Verizona 4.48 milyard dollara satılmasının Yahoo səhmdarları tərəfindən təsdiqləndiyi bildirildi.

Satınalmadan sonra şirkətin adının Altaba Inc olacağı da açıqlandı. Yahoonun Nyu York birjasında səhmləri artdığı halda Verizonun səhmləri ucuzlaşdı.

Verizonun Yahonun internet xidmətləri və axtarış motorunu daha öncə satın aldığı America Online ilə birləşdirərək Oath adlı yeni bir layihə yaradacağı gözlənilir. İnternet xidmətlərini təminatçısı AOL 2015-ci ildə Verizon tərəfindən 4.4 milyard dollara satın alınmışdı.

Microsoft 2008-ci ildə Yahoo üçün 47.8 milyard dollar təklif etmişdi. 2011-ci ildə isə bu rəqəm 18 milyard dollar olmuşdu.