Əsas səhifə Biznes Biznes məqalələri 40 yaşından sonra biznesi necə qurmaq məsləhətdir

40 yaşından sonra biznesi necə qurmaq məsləhətdir

251

Son zamanlar təqaüd yaşının artması və onunla bağlı problemlərdən hər kəs danışır. Artıq öz üzərində çalışmağın və bundan heç də narahat olmamağın zamanı gəlib.

Heç zaman gec deyil

pul qazanmaq

Gələcək iş adamlarına bilmələri vacib olan ilk şərt budur ki, başlamaq üçün heç zaman gec deyil.

Polkovnik Sanders-in tarixçəsinə nəzər yetirin. O, 40 yaşı olanda benzin məntəqəsi aşır və orada müştərilərə qızardılmış toyuq satır. 60 aşında isə o artıq indiki KFC şəbəkəsinin ondan inkişaf etdiyi restoranlarla məşğul olmağa başlayır.

Digər bir nümunə isə Willie Blum ola bilər. 60 yaşında o, Denali Flavors adlı qeyri-adi dondurmalar istehsal edən şirkət aşır. Hal-hazırda o, ABŞ-da ən məhşur brendlərdən biridir. 2017-ci ildə şirkət özünün ən çox satılan dondurmalarından 30 milyon paket buraxır, 2018-ci ildə isə Viskonsində üçüncü fabrikini, biznesini inkişaf etdirmək üçün açır.

Həddi aşmamaq

bir milyon dollar

Bir biznesə başlamaq üçün iki uğursuz gediş vardır:

1 . Bəziləri hesab edir ki, öz işinə başlamaq çox asandır. Əmindirlər ki, başlamağa dəyər, yəni elə bununla da uğur əldə edəcək və çoxlu pul qazanacaqlar. Lakin ilk addımı atıb maneələrlə  qarşılaşdıqda bu hiperoptimistlər başladıqlarını yarı qoyurlar.

2 . İkincilər isə belə hesab edirlər ki, biznes çətindir. Onlar əmindirlər ki, yoxlamaq əbəsdir və heç başlamağa cəhd belə etmirlər. Hətta onların maraqlı və potensial yararlı ideyaları olsa belə.

Əlinizdə olanın hamsını işə qoymamaq

gəlirli biznes sahələri

Yenicə işə başlamış iş adamlarının buraxdıqları səhvlərdən biri də maksimallıqdır. Bu yuxarı yaş hədli insanlar üçün xarakterikdir. Biznesə başlamaq üçün onlar kredit götürür, mənzillərini satır və demək olar ki, əllərində olanın hamsını işə qoyurlar. Bir ofis icarəyə götürürlər, MMC açırlar – müştərisiz qalıb çəxlu borca düşürlər. 45 yaşından yuxarı bir çox insan üçün bu əsl  fəlakətdir.

Çox da böyük olmayan investisiya ilə başlamaq lazımdır. Az yatırım etmək və nəticəyə baxmaq. Yaxçı nəticə olarsa davam etmək olar. Beləcə biznes də inkişaf edəcəkdir.

Öz işinə başlamaq üçün  4-cü qayda

1 . Motivasiya ən vacib olandır. Bacarıq və bilik ola bilər, amma motivasiya yoxdursa yerindən qalxa bilməyəcəksən. Yəni bir həvəs qaynağı olmalıdır ki, nəyə görə işlədiyini biləsən.

2 . Hədəfi müəyyən etmək. Biznesin nəyə lazım olduğunu bilmək lazımdır. Bir, iki və ya beş, on ildən sonra nəyi əldə etməli olduğuna qərar verməlisən.

3 . Öyrənmək. Başlanğıc üçün öz müsbət və mənfilərinizi ortaya qoymalısınız. Hansı bacarıqlarınızın olduğunu və hansılarını mənimsəməli olduğunuzu müəyyən etməlisiniz. Hazırlıq mərkəzlərində pulsuz kurslar tapmaq olar. İnternetdə də çox da baha olmayan onlayn  hazırlıqlar var. Bundan başqa biznes-məktəblər də var ki, xüsusi olaraq iş adamlarına və rəhbərlərə lazım olan işləri öyrədir.

4 .  “A” planı baş tutmadığı halda “B” və “V” planlarını işləmək.

Biznes üçün aktual ideyalar

Yadda saxlamaq lazımdır ki, güclü və ya ağıllı olan sağ qalmır, dəyişikliklərə uyğunlaşan sağ qalır. Tapşırıq dalğanı tutmaqdır. Yəni dünyada baş verən dəyişiklikləri qiymətləndirin və hərəkətə keçin. O zaman yaşınızdan asılı olmadan seçdiyiniz işdə ən yaxşı və birinci olacaqsınız.

Yeni texnologiyaya diqqət yetirin. Virtual reallıq artıq çoxdan uzaq gələcək üçün fantastika deyil. Texniki təhsili olan insanlar üçün onlara sahib olmaq asan olacaq və perspektivlər də ürəkaçan olur.

“Mind-fitnes” biznes üçün  daha bir istiqamətdir. Bu ağıl üçün trenajordur. IQ, sürətli oxuma, yaddaş inkişafı üçün lazım olan budur. Bu sahədə kurslar, proqramlar çox yaxşı satılır.

Cəld və sadə

VR texnologiyanı fəth edə bilmirsizsə, işə başlamaq üçün daha sadə yollar da var. SMM-ə və sosial şəbəkə administratorluğuna diqqət yetirin. Düzdür, bunun üçün də təhsil almaq lazım gəlir, amma lazım olanı bir aya artıq mənimsəmək olur. Sonra isə qalır müştəri tapmaq və qazanmaq. Sosial şəbəkədən yaxşı keyfiyyəti olduğu halda hər bir şeyi inkişaf etdirmək olur. O zaman 40 yaşında da, 70 yaşında da müştəri tapmaq olur.

Son nəticəyə gələk: 40 yaşından sonra bznes açmaq realdır. Əlbəttə bu, güc, vaxt və maliyyə yatırımı tələb edir. Lakin əgər istək varsa yoxlamaq da olur. Ən əsası riskləri dəyərləndirmək və çətinliklərdən qorxmamaqdır. Təqaüdə görə də narahat olmağa dəyməz.

 

Rəy bildir

Please enter your comment!
Please enter your name here