40 manatla Türkiyəyə gələn suriyalı milyonçu oldu

Date:

Paylaş:

Cibindəki 80 lira (40 azn) ilə Suriyadan qaçaraq Türkiyəyə yerləşən Suriyalı Yaser Haddad milyonçu olub. İstanbulda qurduğu şirkətindən 1 milyon TL gəlir əldə edib, 40 Suriyalı və 5 türk işçi çalışdırır. Haddad bu uğura sosial media istifadə edərək sahib olub. Bu gün İstanbulda ərəb turistlərə rəhbərlik edən sahibkar, İstanbula gəldiyi ilk illərdə heç bir yerdə iş tapa bilməyib. 32 yaşlı Haddad ətrafındakı insanların da dəstəyi ilə turizm şirkəti qurub. Şirkəti də sosial medya hesabları vasitəsilə ərəblərə tanıdıb. Bundan sonra İstanbula gələn ərəblər onun şirkətindən yararlanıblar və Haddad bu müddət ərzində əldə etdiyi gəlirlə şirkəti böyütməyi bacarıb.

“2011-ci ildə Hataya gəldim. Oradan da İstanbula köçdüm. Burada nə iş olsa görəcəkdim. Bir çox iş yerlərinə getdim. Cibimdə də cəmi 80-90 lira qalmışdı. Ərəblərə Türkiyəni tanıtmaq məqsədilə instagram və snapchat səhifəsi açdım. 2014-cü ildə öz şirkətimi qurdum. Həmin vaxt Qatardan 30 nəfərlik turist qrupu gəldi. Təxminən 10-12 gün Türkiyədə qaldılar və böyük məbləğdə pul qazandım. Bu vəsaitlə işimi böyütdüm.”

Hazırda Haddadın şirkəti böyüməyə davam edir və hər ay 150 ərəb turisti qarşılayır…

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...