ABŞ-ın kosmetika şirkətinin sahibi və model 21 yaşlı Kylie Jenner, “dünyanın ən gənc milyarderi” adının sahibi olub.
ABŞ-ın “Forbes”jurnalı, “Kylie Cosmetics” adlı şirkətin sahibi olan 21 yaşlı Jenner-ın sərvətinin 1 milyard dollara çatdığını və 21 yaşlı Jenner-ın “dünyanın ən gənc milyarderi” titulunu aldığını açıqlayıb.
“Facebook”un qurucusu Mark Zuckerberg-dən titulu alan Jenner, eyni zamanda, “öz sərvətini özü yaradan ən gənc milyarder” adını da əldə edib.
Jenner, “Forbes”ə etdiyi açıqlamada, “Heç bir gözləntim olmayıb. Gələcəyi proqnozlaşdırmamışam. Ancaq bu titulu qazanmaq həqiqətən çox yaxşı hissdir”, – ifadələrini istifadə edib.
Məşhur Khloe-Kim Kardashian bacılarının ögey bacısı olan və modellik də edən Jenner, 2015-ci ildə “Kylie Cosmetics” şirkətini qurmuşdur.
“Ən gənc milyarder” adı daha əvvəl, 23 yaşında “Facebook”u quran Mark Zuckerberg-ə aid idi.