Alman şirkəti “BigRep” bütün detalları 3D printerdə çap olunan idman elektrik avtomobili yaradıb.
“Bizplus.az” xarici KİV-ə istinadən xəbər verir ki, ölçüləri 285 x 146 x 85 santimetr olan avtomobil BigRep Pro, Studio G2 və One printerlərində çap edilmiş 14 unikal komponentdən ibarətdir.
Qeyd edək ki, Loci kiçik dördtəkərli bir avtomobildir. Müxtəlif iqlimə və şəraitə uyğun olaraq dizayn edilmiş avtomobilin müxtəlif versiyaları da mövcuddur.