Əsas səhifə Məqalələr Maraqlı “3D” çap texnologiyası üzrə ilk qəsəbənin inşasına dair layihə hazırlanır

“3D” çap texnologiyası üzrə ilk qəsəbənin inşasına dair layihə hazırlanır

57

Latın Amerikasında dünyada “3D” çap texnologiyası üzrə ilk qəsəbənin inşasına dair layihə hazırlanır. Sözügedən layihə aztəminatlı ailələrin evlə təmin edilməsi proqramı çərçivəsində yaradılır.

“New Story” qeyri-kommersiya təşkilatı, “Yves Béhar Fuseproject” dizayner firması və “Icon” tikinti şirkəti layihənin müəllifləridir. Ötən il Texasda keçirilmiş “SXSW” festivalında komanda sahəsi 32 kv/metr olan çap edilmiş evin konseptual modelini təqdim edib. Ev “Vulcan 3D” printerinin köməyi ilə 48 saat ərzində hazırlanıb və qiyməti 10000 dollar təşkil edib.

Sözügedən printerin yenilənmiş variantı olan “Vulcan II”-nin məhsuldarlığı iki dəfə yüksək olacaq. Printer yığcamdır, praktik olaraq tullantı istehsal etmir və elektrik enerjisi, su və lazımi infrastruktur çatışmazlığı olduqda işləmək qabiliyyətini saxlayır ki, bu da ucqar kənd regionlarında evlərin inşası üçün vacibdir.

Rəy bildir

Please enter your comment!
Please enter your name here