Amerika Aeronavtika və Kosmos İdarəsinin (NASA) “Adını Marsa göndər” layihəsi böyük marağa səbəb olmuşdu. Azərbaycandan da yüzlərlə insanın qatıldığı əməliyyat sosial şəbəkələrdə paylaşılaraq populyarlıq qazandı.
Qeydiyyatdan keçənlərin adları 2020-ci ilin iyununda Marsa səyahətə yollanacaq kosmik gəmidəki çiplərə yazılacaq. Kampaniya vasitəsilə adını Marsa göndərənlərin ümumi sayı 10 milyon 931 min 238 nəfər olub.
Ən çox ad yazdıran Türkiyə vətəndaşları olub – 2 milyon 528 min 844 nəfər.
Azərbaycandan öz adını Marsa göndərənlərin sayı 37 min 818 nəfər olub.
Qeyd edək ki, kampaniyaya qeydiyyat başa çatıb.