35 il günahsız yerə həbsxanada yatan qadın milyonçu oldu

Date:

Paylaş:

ABŞ-ın Nevada ştatında tələbəni qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan və saxta ittihamlarla təqribən 35 il müddətinə azadlıqdan məhrum edilən qadın üç milyon dollar kompensasiya alacaq.

Bu barədə Daily Mail-ə xəbər verir.

Belə ki, 1980-ci ildə 29 yaşlı Keti Vuds 19 yaşlı tələbə Mişel Mitçelin qətlə yetirilməsində təqsirkar bilinərək 35 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət 1976-cı ildə törədilib. Nevada Ali Məhkəməsi tezliklə hökmü ləğv etsə də, 1984-cü ildə qadın yenidən mühakimə edilib və işi araşdıran yuxarı istansiyalar həbslə bağlı verilən hökmü qüvvədə saxlayıblar.

2015-ci ildə cinayət yerində tapılan siqaret kötüyü vəziyyəti tamam dəyişib. Siqaret kötüyünün DNT müayinəsi keçirilib və qadının Mişel Mitçelin qatili olmadığı müəyyən edilib. Əsl qatilin 5 qadını zorlayaraq öldürməkdə təqsirli bilinən Rodni Halboer olduğu ortaya çıxıb. O, 2018-ci ildə 17 yaşlı Pol Bakster və 18 yaşlı Veronika Kaşonu qətlə yetirdiyinə görə ömürlük həbs cəzasına məhkum edilib.

Cari ilin avqust ayının 27-də amerikalı qadına üç milyon dollar məbləğində kompensasiya ödənilməsi barədə qərar qəbul edilib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...