Kariyeramızda doğru irəliləyib irəliləmədiyimiz həmişə bizləri düşündürən sualdır. Çox müvəffəqiyyətli olduğunu düşündüyümüz kəslər də kariyeralarında dəyişiklik etmiş və “Bunun üçün artıq gecdir” düşüncəsinin səhv olduğunu bizə sübut etmişlər.
1. Julia Child
Məşhur aşbaz kimi kariyerasına başlamadan əvvəl 1961-ci ildə Julia Child reklam, media və gizli kəşfiyyat işlərində çalışmışdır. 50 yaşındaykən də ilk yemək kitabını yazdı.
2. Jeff Bezos
Jeff Bezos, e-ticarət (onlayn ticarət) dünyasına gəlmədən əvvəl Wall Street- də kompüter elmlərində uğurlu karyeraya sahib idi. 31 yaşında Amazon- a başlamadan əvvəl isə müxtəlif maliyyə firmalarında yuxarı vəzifələrdə çalışmışdır.
3. Terry Crews
Terry Crews, mükafat alan “Everybody Hates Chris” və “Brooklyn Nine-Nine” adlı komediya seriallarında çox tərif aldı. Lakin, 90-cı illərin ortalarında dörd mövsümlük müddət ərzində müxtəlif NFL komandalarının müdafiə oyunçusu olaraq çıxış etdiyində heç kim bu qədər gülməmişdi.
4. Vera Wang
Vera Wang, 40 yaşında moda sənayesinə daxil olmadan əvvəl konki sürən və jurnalist idi. Bu gün isə dünyanın qabaqcıl qadın dizaynerlərindən biridir.
5. Arnold Schwarzenegger
20 yaşlarında Bodybuildingdə dünya çempionu olan Arnold Schwarzenegger, 30 yaşlarında aktyorluğa keçid etmiş və mükafatlar qazanmışdır. Karyerasında iki böyük dəyişiklik etdi və sonra 2003-cü ildə 56 yaşında qubernator oldu.
6. John Glenn
John Glenn, 1962-ci ildə Dünya orbitindəki ilk Amerikalı kosmonavt olaraq tanınır. Lakin, 12 il sonra 53 yaşındaykən Ohio- da Amerikalı senator olmuş və 24 il ərzində bu vəzifəni icra etmişdir. Ancaq, 1998- ci ildə Discovery kosmik gəmisində doqquz günlük bir tapşırıq ilə kosmosa geri döndü.
7. Ray Kroc
Ray Kroc, 1954-cü ildə 52 yaşında McDonald’s- ı almadan əvvəl karyerasını “Milkshake” cihazı satmaqla davam etdirirdi. Daha sonra isə dünyanın ən böyük fast-food franchise- na sahib bir marka halına gəldi.
8. Donald Fisher
Donald Fisher 40 yaşında idi və həyat yoldaşı Doris, 1969-cu ildə San Fransiskoda ilk Gap mağazası açarkən pərakəndə satış təcrübəsi yox idi. GAP- ın paltarları sürətlə daha yaxşı hala gəldi və bu gün şirkət dünyanın ən böyük geyim mağazaları zəncirlərindən biridir.
9. Anna Mary Robertson Musa
Anna Mary Robertson Musa, daha çox Musa nənə kimi tanınan, 78 yaşında məhsuldar karyerasına başladı. 2006-cı ildə onun rəsm əsərlərindən biri 1,2 milyon dollara satılmışdır. Əvvəllər o, təsərrüfat işçisi idi.
10. Michael Bloomberg
Michael Bloomberg, maliyyə proqram təminatı, məlumat və media şirkəti olanBloomberg L.P.‘nin CEO- su vəzifəsindən 2002-ci ildə 59 il sonra ayrılmış və 12 il müdətində New York Bələdiyyə Başçısı olaraq vəzifəsinə davam etmişdir.
Güllü Nağıyeva, banco.az