Əsas səhifə Məqalələr Fərdi inkişaf 30 yaşında milyoner olan sahibkarın həyatında aldığı ən gözəl tövsiyə

30 yaşında milyoner olan sahibkarın həyatında aldığı ən gözəl tövsiyə

1563
Paylaş

Grant Cardone, beş şirkətin və milyon dollarlıq sərvətin sahibi olmadan əvvəl narkotik maddə asılılığı olan bir həyat yaşayırdı.Çox çətin keçən bu günlərdə anasının verdiyi tövsiyə sayəsində bu pis vərdişdən xilas olmağı bacardı.

CNBC’yə müsahibə verən multimilyoner, həyatını dəyişən tövsiyəni bu sözlərlə açıqladı:

Ən yaxşı kariyera məsləhətimi heç bir iş təcrübəsi olmayan anamdan aldım.Mənə “Ən yaxşı sərmayə özünə etdiyin sərmayədir.İtirəcəyin heç bir şey yoxdur və bu sərmayənin hər zaman geri dönüşü olur.Heç kəs bunu əlindən ala bilməz.Tamamilə sənindir” dedi.

Anasının tövsiyəsinə qulaq asan Cardone, 25 yaşında ikən avtomobil satışı işinə başlayaraq, olduğu çətin vəziyyətdən xilas olmağı bacardı.

Cardone yeni “Be Obsessed or be Avarage” adlı kitabında, gənclik illərindəki o günləri belə ifadə edib:

“Gördüyüm işdən nə qədər nifrət etsəm də, bu satış işinə özümü 100% həsr etməyə qərar verdim”.

Səhər yeməyi edərkən satış mövzusunda video dərslər izləyib, işə gedərkən yolda fərdi inkişaf kasetləri dinləyərək özünü inkişaf etdirən Cardone, işə həmişə hamıdan əvvəl gələn və ən son çıxan bir işçi olub.

Kitabda dediyinə görə, satış və avtomobil sənayesi ilə bağlı tapa bildiyi hər şeyi oxuyan Cardone, “İlk ilimin sonuna gəldiyimdə, cəmi 700 saatımı yaxşı satıcı olmaq üçün özümü inkişaf etdirməyə sərf etmişəm” deyir.

“Qazandığım 3000 dolların, ilk 1 milyon dollardan daha dəyərli olduğunu xatırlayıram.Çünki, bu mənim üçün daha önəmli idi”.

Cardone, 30 yaşında sahibkar olaraq ilk 1 milyon dolların qazanmışdır.

Bu gün 58 yaşında olan sahibkar, hələ də anasının tövsiyəsinə əməl etdiyini deyir.

“Hər kitab oxuduğumda ya da bir konfransa getdiyimdə, heç kəsin əlimdən ala bilməyəcəyi bir şeyə sahib olaraq həyatıma davam edirəm.Bunun mənim üçün heç bir xərci yoxdur və dövlət məndən bunun üçün vergi almır.Hökümət şəxsi inkişafından vergi ala bilmir”!

©banco