Grant Cardone beş şirkəti ve milyonlarla sərvətin sahibi olmadan əvvəl narkotik asılılıqdan əziyyət çəkirdi. Çətin günlərində anasının verdiyi məsləhətlər onu düşdüyü pis vəziyyətdən çıxara bilib.
CNBC kanalında çıxış edən multimilyonçu həyatını dəyişdirən məsləhəti bu cür ifadə edib:
“Ən yaxşı karyera məsləhətini heç bir iş təcrübəsi olmayan anamdan aldım. Mənə ən yaxşı investisiya özünə etdiyindir.İtirəcəyin heç bir şey yoxdur və hər zaman geri dönüşü var. Heç kim bunu əlindən ala bilməz. Tamamilə sənindir.” dedi
Cardone 25 yaşında avtomobil satışı işinə girib və uğurlu olub.
Hər nə qədər gördüyüm işə nifrət etsəm də özümü bu işə həsr etməyə başladım. Səhər yeməyində satış dərsləri verən videolar izləyib, işə gedən zaman özünü inkişaf videoları izləyən Cardone işə hər zaman ilk gələn və son çıxan işçi olub. Komisyonla işlədiyi işdə hər ay 6 min dollar qədər pul qazanmağı bacarıb.
“Qazandığım ilk 3 min dolların ilk 1 milyon dollardan daha qiymətli olduğunu xatırlayıram. Çünki bu mənim üçün daha vacib idi. Özümə olan güvənim artmışdı.”
Cardone 30 yaşına çatan zaman iş adamı kimi ilk 1 milyon dollarını qazanmışdı artıq. 25 yaşında işçi kimi başlasa da 2 ildən sonra artıq öz şirkətini qurmuşdu. Hazırda 5 şirkətin sahibidir.