Əsas səhifə Biznes Biznes məqalələri 30 yaşına qədər olan idmançılar arasında ən çox qazananların top 10-luğu

30 yaşına qədər olan idmançılar arasında ən çox qazananların top 10-luğu

133
Jordan Spieth
Jordan Spieth

AmericanGambler.com portalı  2018-ci il üçün dünya üzrə 30 yaşına kimi olan idmançılar arasında ən çox qazananların reytinqini təqdim edib.

Ekspertlər idmançıların təkcə qazanclarını deyil, həm də reklamdan əldə etdikləri gəlirləri hesablayıblar.

30 yaşına qədər olan 10 ən zəngin idmançıların siyahısına nəzər salaq.

  1. Kyrie Irving
Kyrie Irving
Kyrie Irving

Ölkə: ABŞ

İdman: basketbol

Yaş: 27

2018-ci ildəki gəliri: 36,1 milyon dollar

Kyrie Irving  peşəkar avstraliyalı və amerikalı basketbolçudur və MBA-nın “Boston Seltiks” komandasında oynayır.

O, gözətçi-müdafiəçi mövqeyində oynayır. MBA-da olduğu müddət ərzində Kyrie 3 dəfə bütün MBA ulduzlarının onadığı oyunlarda iştirak edib və burada, 2014-cü ildə ən qiymətli oyunçu titulunu alıb, həmçinin bütün ulduzlar yığmasının üçlüyünə daxil olub.

Beynəlxalq səviyyədə İrving ABŞ basketbol yığma komandasının heyətində çıxış edir və burada o, dünya çempionu , 2014-cü ildə isə dünya çempionatının ən qiymətli oyunçusu olub

  1. Jimmy Garoppolo
Jimmy Garoppolo
Jimmy Garoppolo

Ölkə: ABŞ

İdman: amerikan futbolu

Yaş: 27

2018-ci ildəki gəliri: 36,2 milyon dollar

Jimmy Garoppolo amerikalı idmançıdır, onun klubda bir il ərzindəki gəliri 36 milyon dollardır, reklamlardan isə 200 min dollar qazanıb.

  1. Trumaine Johnson
Trumaine Johnson
Trumaine Johnson

Ölkə: ABŞ

İdman: amerikan futbolu

Yaş: 29

2018-ci ildəki gəliri: 37,0 milyon dollar

Trumaine Johnson amerikan futbolu ilə məşğul olan  amerikalı futbolçudur.

Onun illik gəliri 37 milyon dollardır. Klubdan əldə edilən gəliri  36,8 milyon dollar, reklam qazancları isə 250 min dollardır.

  1. Anthony Joshua
    Anthony Joshua

 

Ölkə: Böyük Britaniya

İdman: boks

Yaş: 29

2018-ci ildəki gəliri: 39,0 milyon dollar

Anthony Joshua ağır çəki kateqoriyasında çıxış edən peşəkar britaniyalı boksçudur. 91 kq.-dan yuxarı çəki dərəcəsində idmançılar arasında keçirilən  XXX Olimpiya oyunlarının çempionudur (2012).

O, boks tarixində Joe Fraizer-dən sonra peşəkar çempion titulunu qazanmış ikinci ağırçəkili idmançıdır və ağır çəkidə Olimpiya çempionu olmuşdur.

Olimpiya oyunlarındakı qələbədən sonra dünya çempionu olmaqla, britaniyalı ağırçəkililər arasında Lennox Lewis-dən sonra ikincidir.

  1. Damian Lillard
Damian Lillard
Damian Lillard

Ölkə: ABŞ

İdman: basketbol

Yaş: 28

2018-ci ildəki gəliri: 39,2 milyon dollar

Damian Lillard amerikalı basketbolçu və MBA-nın “Portlend Treyl Bleyzers” klubunun oyunçusudur. Gözətçi və hücumçu müdafiəçi mövqeyində çıxış edir.

Damian 2012-ci ildə  peşəkar oyunçular seçiminin birinci raundunda 6-cı nömrə altında seçildi. MBA-dakı ilk sezonunda Lillard “Portlend” in əsas oyunçusu oldu və o, sezonun bütün 82 oyununda oynamışdır.

Orta hesabla 19,0 bal və 6,5 ötürmə topladığı üçün  o, ilin ən yaşxı oyunçusu eln olunub.

  1. Jordan Spieth
Jordan Spieth
Jordan Spieth

Ölkə: ABŞ

İdman: qolf

Yaş: 25

2018-ci ildəki gəliri: 41,2 milyn dollar

Jordan Spieth amerikalı qolf oyunçusu, dünya reytinqinin keçmiş bir nömrəsi və üç turnirin, həmçinin, FedEx Cup 2015-in qalibidir.

Spieth ABŞ çempionatının qalibidir. O, qolf sevimlisi Bobby Jones-dən sonra ən gənc  ABŞ çempionudur.

Eyni ildə o, onu FedEx Cup 2015 qələbəsinə aparan tur çempionatının qalibi olub. İki ildən sonra Spieth, 2017-ci il Britaniya çempionatında üçüncü qalibiyyətini qazanıb.

  1. Derek Carr
Derek Carr
Derek Carr

Ölkə: ABŞ

İdman: amerikan futbolu

Yaş: 28

2018-ci ildəki gəliri: 42,1 milyon dollar

Derek Carr amerikalı futbolçudur.

Onun qazancı 40,1 milyon dollardır, reklam gəlirləri isə 2 milyon dollara çatıb.

  1. Saul Alvarez
Saul Alvarez
Saul Alvarez

Ölkə: Meksika

İdman: boks

Yaş: 28

2018-ci ildəki gəliri: 44,5 milyon dollar

Saul Alvarez meksikalı peşəkar boksçudur və o, yarı-orta çəkidə ( 66,68 kq.-a qədər ), ilk orta ( 69,85 kq.-a qədər ), orta ( 72,57 kq.-a qədər ) və ikinci orta ( 76,2 kq.-a qədər ) çəki kateqoriyalarında çıxış edir.

Onun  gəliri 2018-ci ildə 42  milyon dollar olub, reklamdan əldə etdiyi qazanc isə 2,5 milyon dollardır.

2. James Harden

James Harden
James Harden

Ölkə: ABŞ

İdman: basketbol

Yaş: 29

2018-ci ildəki gəliri: 46,4 milyon dollar

James Harden MBA-nın “Hyuston Rokets” komandasında oynayan peşəkar amerikalı basketbolçudur.

2013-cü ildə ilk dəfə MBA-nın bütün ulduzlarının oyununda, “Rokets” də debüt sezonunda  iştirak edib.

2012-ci ildə isə “Oklahoma-Siti Tander” klubunda çıxış etməklə liqanın ən yaxşı altıncı oyunçusu elan edilib.

2018-ci ildə özünün “Rokets”də altıncı sezonunda, karyerasında ilk dəfə olaraq MBA-nın ən qiymətli oyunçusu olub.

1 . Neymar

Neymar

Ölkə: Braziliya

İdman: futbol

Yaş: 27

2018-ci ildəki gəliri: 90 milyon dollar

Neymar braziliyalı futbolçu və “Pari Sen-Jermen” fransız klubunun hücumçusudur. 2016-cı ilin Olimpiya çempionudur.

2017-ci ildə Neymar 222 milyon avroya“Barselona”dan “Pari Sen-Jermen”ə keçdi və bununla da dünyanın ən bahalı futbolçusu olmuşdur. Fransanın şərəfinə Neymar Liqa 1-də, Fransa Kubokunda və Liqa Kubokunda qalib olub və Fransa çempionatında ilin oyunçusu elan edilib.

2014-cü il dünya çempiontında 4 qol vurub, lakin Kolumbiya yığmasına qarşı ¼ oyununda aldığı zədəyə görə çıxışını davam etdirə bilməyib. Bununla belə, turnirin yekununda “Çempionatın ən yaxşı bombardirinə bürünc butslar” mükafatına layiq görülüb.

Neymar

Rəy bildir

Please enter your comment!
Please enter your name here