Sarah Kauss Harvard Biznes Məktəbindən MBA üzrə təhsilini bitirdikdən sonra sonra bir neçə şirkətdə işlədi. Lakin, iş həyatının içində olarkən, ağlına gələn bir fikirlə 100 milyon dollarlıq bir şirkətin rəhbərinə çevriləcəkdi. Sarah Kauss-un muzdlu işçidən 100 milyon dollarlıq şirkət rəhbərliyinə gedən uğur yolunu təqdim edirik.
2010-cu ildə istehsalına başladığı su şüşələri soyuğu 24 saat, istiliyi isə 12 saat mühafizə edir. Həmin dövrdə su şüşəsi istehsalçıları çox idi. Lakin, Sarah Kauss rəqiblərindən fərqli bir şey etmək və bir ulduz kimi parlamaq istəyirdi.
İstədiyini də etdi, işinə incəsənətin rəngli dünyasını əlavə etdi. İndi istehsal edilən su şüşələri rəngli və fərqli dizaynları ilə moda həftəsindən çıxmış kimi göz oxşayır.
Kauss məhsullarının dizaynını düşünərkən hər kəsin sadəcə bir su şüşəsi daşımasından ziyadə, diqqət çəkən və dəbə uyğun bir məhsulu əlində tutmasını xəyal edirdi. Onun bu xəyalı 2012-ci ildə Starbucks ilə etdiyi razılaşma ilə həyata keçdi və beləliklə, Kauss-un istehsal etdiyi fərqli dizaynda olan su şüşələri daha çox insana çatacaqdı.
Beləliklə, 2010-cu ildə təsis etdiyi “S’well” markasının satışları 2015-də 50 milyon dollar, 2016-cı ildə isə 100 milyon dollara çatdı.
Sarah Kauss şirkəti təsis edən zaman yığdığı 30 min dolları biznesə yatırdı və bunu edərkən qazancının bu qədər artacağını təxmin etmirdi.
“S’well” markası fərqli dizaynları ilə bərabər ətraf mühitə olan təsiri azaltmaq niyyətindədir. Belə ki, istehsal edilən şüşələr tərkibində zərərli kimyəvi maddələr yoxdur və hətta, şüşələrin örtüyü paslanmaz poladdan olduğu üçün də plastikin ətraf mühitə olan zərəri az da olsun əngəlləməyə çalışır.
Sarah Kauss-un rəhbərlik etdiyi şirkət Afrika ölkələrindəki uşaqların təmiz su ehtiyaclarını qarşılamaq üçün UNİCEF-ə ianələr köçürür.
Sarah Kauss bu uğurunu xəyallarının arxasınca yorulmadan getməsinə, fikrinə olan inancına və gələn investisiya təkliflərinə xeyr deyərək uzun bir müddət tək başına ayaqda qalmasına borclu olduğunu deyir.
Kauss “S’well” markası üçün məşhurlarla razılıq əldə etmiş və sosial medianın gücündən istifadə etməkdə davam edir. Ətraf mühit və insanlıq üçün yorulmadan işləyir…
©Moneta
283663 790405Cheapest player speeches and toasts, or possibly toasts. continue to be brought about real estate . during evening reception tend to be likely to just be comic, witty and therefore instructive as well. finest man speeches free of charge 229475