Yeni nəsil daha çox pul qazanmağa can atır

Date:

Paylaş:

Bugünkü gündə dünyada belə bir tendensiya müşahidə olunur: gənclər əsas işlərindən savayı öz bizneslərini açırlar.

Yeni nəsil daha çox pul qazanmağa can atır. Bununla yanaşı onlar yaranmış vəziyyətə uyğunlaşma və öz üzərilərinə məsuliyyət götürmək qabiliyyətinə malikdirlər. Belə insanlar məsələləri yaradıcı şəkildə həll etdiklərinə görə istənilən sahədə uğura nail olurlar.

2011-ci ildə BuzzMarketingGroup və ABŞ-da gənc sahibkarlıq ittifaqı tərəfindən gənc sahibkarlıq mövzusunda keçirilən tədqiqat nəticəsində aşkar olunmuşdu ki, 16-39 yaşında olan insanlar öz bizneslərini daha çox pul qazanmaq üçün qururlar. Belə biznesə internet biznesi, repetitorluq, qida biznesi və veb dizayn aiddir.

Qeyd etmək lazımdır ki, maliyyə motivasiyası özünü müxtəlif yaşda olan insanlarda müxtəlif şəkildə biruzə verir. Belə ki, 20 yaşlı insanlar hesab edirlər ki, onlara az əmək haqqı verirlər, lakin onlar daha çox işləməyə hazırdılar. Bu kateqoriyaya aid insanlara işsiz və part- time işləyən insanlar aiddirlər.

30-40 yaşlı insanlar daim daha çox pul qazanmaq istəyirlər. Çünki onların artıq ailələri var və xərcləri artır. 40-50 yaşlı insanlar təqaüdə çıxmamışdan öncə öz qocalıqlarını təmin etmək üçün gəlirlərini artırmaq istəyirlər.

Bütün yaş qruplarından olan insanlar üçün bizneslərindən əldə etdikləri gəlirlər ilkin gəlir və xərcləri arasında fərqi doldurmağa yetir. Həmçinin şəxsi biznes yeni bacarıqlar əldə etməyə və yeni əlaqələr qurmağa imkan yaradır.

Uğurlu sahibkarlar adətən öz bizneslərini qurmaq istəyən gənclərə daim məsləhətlər verirlər.

Uğurlu sahibkarlar onları motivasiya edən səbəbləri dəqiq bilirlər. Bəzən bir insanın biznes qurmasının səbəbi böyük itkilər və ya digər mühüm səbəblər olur.

İşdən azad olunma, uşağın anadan olması və digər hadisələr ambisioz insanlar üçün həlledici amillər ola bilərlər.

  • Bəzən sahibkarlar bizneslərini şəxsi maraqlarından, hobbilərindən, bacarıqlarından qaynaqlanaraq yaradırlar.
  • Öz işlərini qurmamışdan öncə uğurlu iş adamları öz xərclərini minimallaşdırırlar. Bir çox kiçik biznesin sahibkarları müəssisənin büdcəsini artırmaq üçün ilkin olaraq öz borclarını bağlamağa çalışırlar
  • Gənc sahibkarlar öz həmfikirlərini tapmaq və potensial müştərilər ilə tanış olmaq üçün fəal şəkildə sosial şəbəkələrdən istifadə edirlər. Həmin sahibkarlar onlarla eyni sahədə çalışan insanları rəqib qismində görməkdənsə, onlarla əməkdaşlıq və dostluq edirlər.
  • Biznesmenlər fəal şəkildə sosial şəbəkələrdə öz məhsullarını təbliğ edirlər. Bununla yanaşı onlar xüsusi marketinq hiylələrindən istifadə etmək məcburiyyətində qalmırlar. Əgər insanlar sizin nə satdığınızı bilməsələr, onlar sizin məhsullarınızı və xidmətlərinizi almayacaqlar. Daim özünüzü reklam edin. İnsanları əmin edin ki, sizin şirkətiniz insanlara kömək edir və onların həyatını asanlaşdırır.
  • Eyni anda öz işini və biznesini aparmaq üçün uğurlu sahibkarlar məhsuldar şəkildə öz vaxtlarından istifadə edirlər. Təbii ki, iş və biznes arasında balansı qoruyub saxlamaq o qədər də asan deyil. Lakin bu mümkünsüz də deyil. Buna görə bir çox sahibkarlar çox tezdən oyanırlar və yaxud öz bizneslərinə iş vaxtından zaman ayırmağa çalışırlar. İstənilən halda öz biznesini qurmaq üçün buna vaxt tapmaq lazımdır.
  • Öz biznesini açaraq insanlar uğursuzluqlara hazır olmalıdırlar. Satışların olmaması, sizin məhsulunuz haqqında pis şərhlər – bunların hamısı qeyri-fəal təcrübədir. Bu təcrübə sahibkarlığın əsas hissəsidir. Özündə uğursuzluğa qarşı mübarizə etməyə güc tapanlar uğura nail ola biləcəklər.
  • Həmçinin bir çox sahibkarlar kiçik mağazalarla və startaplarla əməkdaşlıq etməyi məsləhət görürlər. Beləliklə, siz öz biznesinizi möhkəmlədə biləcəksiniz. Sizin yeni əlaqələriniz və müştərilər tərəfindən dəstəyiniz yaranacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...