Əsas səhifə Xəbərlər Yerli biznes xəbərləri 3 xarici şirkət Bakıda filial açıb

3 xarici şirkət Bakıda filial açıb

122
Paylaş

Azərbaycanda 3 şirkət filial açıb.

Hər 3 şirkət 5 mart 2019-cu il tarixində qeydiyyata alınıb.

“Kazova Yapi İnşaat Sanayi ve Diş Ticaret Anonim Şirketi” şirkətinin Azərbaycandakı filialı dövlət qeydiyyatına alınıb. Şirkətin Azərbaycan üzrə qanuni təmsilçisi Almaniya Federativ Respublikasının vətəndaşı Kazova Gökhandır. Filialın hüquqi ünvanı Bakı şəhəri ,Xətai rayonu, Həsən salmani, ev 17, məh. 1160 m.193 ünvanında yerləşir.

Filial açan şirkətlərdən biri isə “Integra construction Kz məhdud məsuliyyətli yoldaşliği” şirkətidir. Bu şirkətin Azərbaycan üzrə qanuni təmsilçisi  Qazaxıstan Respublikasının vətəndaşı Zhamıyev Danıyar-dır. Filialın hüquqi ünvanı  Bakı şəhəri ,Xətai rayonu, Həsən salmani, ev 17, məh. 1160 m.193 ünvanında yerləşir. 

 Dövlət qeydiyyatına alınan 3-cü şirkət isə “Emek Elektrik Endüstrisi Anonim Şirket”idir. Şirkətin Azərbaycan üzrə qanuni təmsilçisi  Türkiyə Respublikasının qanuni vətəndaşı Altunkaynar Gökhan-dır. Filialın hüquqi ünvanı  Bakı şəhəri ,Xətai rayonu, Həsən salmani, ev 17, məh. 1160 m.193 ünvanında yerləşir.