3 il vergi ödəmədiyinə görə cərimələnib

Date:

Paylaş:

İcbari Sığorta Bürosu 3 il vergi ödəmədiyinə görə, cərimələnib.

Bizplus.az büronun açıqladığı hesabata istinadən xəbər verir ki, 2018-ci il ərzində İcbari Sığorta Bürosu vergi orqanları tərəfindən əlavə sanksiyalar və bank hesablarından əlavə tutulmaların qarşısını almaq məqsədilə 2017-ci və 2018-ci illər üçün vergi orqanlarına “mənfəət vergisi” qismində cəmi 1 502 450 manat ödəyib.

Məlumatda qeyd olunur ki, 2017-ci il ərzində vergi orqanları məfnəət vergisi və əvvəlki 3 il ərzində mənfəət vergisinin ödənilmədiyinə görə cərimə olaraq Büronun bank hesablarından cəmi 5,485,284 AZN tutmuşdur. Vergi qanunvericiliyinə əsasən Büro özünü mənfəət vergisi ödəyicisi saymırdı və bu səbəbdən məsələ vergi appelyasiyası səviyyəsində həll edilmədiyi təqdirdə tutulmuş məbləği geri qaytarmaq iddiası ilə məhkəməyə müraciət etmək qərarı vermişdi. 31 dekabr 2017-ci il tarixinə olan fakt və vəziyyətə əsaslanaraq Büro rəhbərliyi vergi və ya məhkəmə orqanının Büronun vergidən azad olması haqqında qərar çıxaracağı ehtimalının olduğu qənaətinə gəlmişdir.

2018-ci il ərzində Büro vergi orqanları tərəfindən əlavə sanksiyalar və bank hesablarından əlavə tutulmaların qarşısını almaq məqsədilə 2017 və 2018-ci illər üçün vergi orqanlarına “mənfəət vergisi” qismində cəmi 1,502,450 AZN ödəmişdir. 31 dekabr 2018-ci il tarixinə olan fakt və vəziyyətə əsaslanaraq Büro rəhbərliyi vergi və ya məhkəmə orqanının Büronun vergidən azad olması haqqında qərar çıxaracağı ehtimalının olmadığı qənaətinə gəlmişdir. Nəticədə Büro 2018-ci il üçün cari vergi və təxirə salınmış vergi aktivi və ya öhdəliyini MUBS 12-ni tətbiq etməklə tanımış və qiymətləndirmişdir. Bu zaman Büro BMHŞK 23-ü tətbiq etməklə vergiyə cəlb olunan mənfəət və vergi əsaslarına əsaslanmışdır.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...