Hal hazırda elektromobilləri əksər hallarda yalnız yüksək təminatlı şəxslər ala bilirlər. Lakin 3 ildən sonra bu vəziyyət dəyişə bilər. Bu barədə Bloomberg saytına istinadən Hightech.plus saytı xəbər verib. 10 il bundan öncə heç kim elektrikləşdirilmiş nəqliyyat növünün bu cür məşhurlaşacağına inanmırdı. 2010-cu ildə bütün dünya üzrə ümumilikdə təqribi olaraq 12500 ədəd elektromobil modeli var idi. 2018-ci ildə isə bütün dünya üzrə 2 milyondan çox elektromobil modeli satılmışdı. Bu isə ümumi avtomobil bazarının 2%-ni təşkil edir. Məlumata əsasən hal hazırda yollarda elektromühərriklərə sahib 5 milyon ədəd avtomobil modeli var.
Bu cür yüksəlişinn əsas səbəbi elektromobil qiymətlərinin mütəmadi aşağı düşməsi, batareya həcmləri və Tesla şirkətinin uğuru oldu. Bu isə öz növbəsində məşhur avtomobil şirkətlərinin direktorlarının öz prioritetlərini dəyişməsinə və onların elektromobillərə milyardlarla dollar investisiya yatırmalarına səbəb olur. Lakin buna baxmayaraq bu avtomobillər öz qiymətləri, qətt etdikləri yol və şarj olunduqları zaman baxımından daxili yanacaq mühərrikli standart avtomobillərə uduzurlar. Son iki göstərici artıq indiki zamanda mübahisəlidir. Belə ki, elektromobillərin qətt etdikləri yollar yüzlərlə kilometr ilə ölçülür və orta səviyyəli avtomoilin gündəlik tələblərini üstələyirlər. İndiki halda əsas məsələ elektromobillərin qiymətlərindədir.
Bloomberg jurnalistləri bildiriblər ki, 2 il bundan öncə düşünülürdü ki, daxili yanacaq mühərrikli avtomobillərin ölçüləri ilə eyni olan elektromobil modellərinin qiymətləri 2026-cı ildə aşağı düşəcək. Keçən il bu müddət 2024-cü ilə dəyişildi. Bu ilin əvvəlində olan tendensiyaların analizi ümid etməyə imkan verir ki, qiymətlər 2022-ci ildə aşağı düşəcək. Söhbət, təkcə Avropa Birliyi ölkələrindən gedir. Bu ilk növbədə litium-ion batareyalarının qiymətlərinin aşağı düşməsi nəticəsində baş verəcək. Əgər bir neçə il bundan öncə bu cür batareyanın qiyməti avtomobil qiymətinin yarısına bərabər idisə, indiki gündə bu qiymət göstəricisi 33% təşkil edir. 2050-ci ilə kimi isə qiymət göstəricisi 20% təşkil edəcək. Bu tendensiya elektromobil modellərinin genişləndirilməsinə imkan verəcək.