Elektrik mühərrikli avtomobilin “Tesla”nın və “SpaceX”in istehsalçısı İlon Mask “Twitter”də öz hesabını sildiyi haqqında bildirib.
“İndicə Twitter-də öz hesabınızı sildiniz” – deyə Mask sosial şəbəkə üzərindən yazıb.
Silinmə haqqında xəbərdən sonra Mask 27 milyon izləyicisi olan “Twitter”də adını “ Daddy DotCom”a dəyişib. Ona görə də, hazırda onun səhifəsi və tvitləri istifadəçilər üçün əlçatandır.
Xatırlatmaq yerinə düşər ki, daha əvvəl sahibkar sosial platformadakı postlarına görə dəfələrlə problem yaşamışdı. Amerikanın Qiymətli Kağızlar üzrə Kommisiyası da SpaceX şirkətinin rəhbərini tənzimləyici ilə razılığın şərtlərini pozduğu ilə bağlı ittihamlar irəli sürmüşdü. Belə ki, biznesmen tənzimləyici ilə razılaşdırmamış, “Tesla” haqqında əhəmiyyətli məlumatları – maliyyə, məhsul, səhmləri haqqında informasiyaları platforma üzərindən hamıya paylaşmışdı.
2018-ci ildə isə Mask “Tesla”da direktorlar şurasının sədri “kreslo”sunu itirib.
İyunun 12-də isə Mask bildirmişdi ki, “Tesla” sualtı gəmi layihəsi üzərində işləyir. Bu layihənin ərsəyə gəlməsində isə ona Ceyms Bondun filmlərindən biri ilham olub.