26 iyunda Mi Band 4 beynəlxalq satışa çıxarılacaq. Çində artıq 1 milyon qolbaq satılıb

Date:

Paylaş:

“Xiaomi” şirkəti, Mi Band 4 fitnes-qolbağının satışından danışıb. İlk səkkiz gündə Çində 1 milyonu satılıb.

Beynəlxalq satışa 26 iyunda başlayacaq, qiyməti – 35 avro. ITC xəbər verir ki, Ukrayna riteylerləri öncədən 1299 uah-a sifarişlər qəbul edirlər.

Mi Band-in 0,95 dyümlük AMOLED ekranı var. O, öncəki versiyalarla müqayisədə 40% böyükdür və kənarları dairəvi olan şüşə ilə örtülüb.

Ekranı özünüzə uyğun bir şəkilə sala bilərsiniz: qutuda 6 mövzu və 77 şkala var. Əvvəlki nəsildə olan kəməri yeni qolabağa da uyğundur.

Onunla üzmək də olar – cihazın 5 atm-ə qədər suya davamlılıq səviyyəsi var. Fəaliyyətin təhlilinə görə altı oxlu təcil ölçən cavabdehdir. Bundan əlavə, Mi Band 4 yuxunun keyfiyyətinə nəzarət edə bilir və smartfonda musiqilərin səslənməsini idarə etməyə imkan verir. 15-20 gün işləyə bilən batareyaya malikdir.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...