Əsas səhifə Xəbərlər Xarici biznes xəbərləri 250 avrodan baha olan bütün “Xiaomi” smartfonları 5G-yə qoşula biləcək

250 avrodan baha olan bütün “Xiaomi” smartfonları 5G-yə qoşula biləcək

90
Paylaş

Çinin “Xiaomi” şirkəti gələn il 250 avrodan baha olan bütün smartfonlarının 5G-şəbəkəsini dəstəkləyəcəyi barədə bildirib.

İnternet-mənbələrin məlumatına görə, bu barədə China Mobile Global Partner-in illik konfransı çərçivəsində şirkət nümayəndələri xəbər veriblər.

Gələn il üçün şirkət Redmi Note 9 Pro da daxil olmaqla 10-a yaxın 5G dəstəkli mobil cihaz istehsalı planlaşdırıb.

Hal-hazırda yalnız iki Xiaomi smartfonu modelində və Mi Mix Alpha-nın prototipində 5G-modem quraşdırılıb.