Əsas səhifə Xəbərlər Ümumi iqtisadi xəbərlər 25 milyon insan “işindən olacaq”- Proqnoz

25 milyon insan “işindən olacaq”- Proqnoz

7
Paylaş

Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Roberto Azevedo belə bir xəbərdarlıqla çıxış edib ki, “koronavirus pandemiyasının nəticəsi olaraq, dünyanı iqtisadi geriləmə və iş yerlərinin itirilməsi gözləyir”.

Azavedo deyib ki, bu pandemiya dünya iqtisadiyyatına, ticarətə və bunun da nəticəsi olaraq, insanların rifah halına mənfi təsir göstərəcək. ÜTT rəhbərinin fikrincə, bu böhran 2008-ci ildə yaşanan böhrandan daha ağır və təsirli ola bilər.

Bundan əvvəl “Bloomberg”-in mütəxəssisləri də dünya ölkələrini, xüsusilə də Avropanı dərin iqtisadi böhran gözlədiyini bildirmişdilər. Qeyd olunurdu ki, artıq işgüzar aktivliyin azalması səbəbindən Avropanın PSA (Peugeot, Citroën, Vauxhall və Opel), Fiat Chrysler (Alfa Romeo, Chrysler, Dodge və s.) və Volkswagen kimi avtomobil nəhəngləri fəaliyyətlərini demək olar, tam dayandırıblar.

Həmçinin, iqtisadçıların proqnozlarına görə, Avropa Birliyini yarandığı gündən indiyə qədər görünməmiş səviyyədə Ümumi Daxili Məhsulun(ÜDM) kəskin azalması gözləyir.

Ümumdünya Əmək Təşkilatı isə bu pandemiya nəticəsində dünyada 25 milyon insanın iş yerini itirəcəyini proqnozlaşdırıb.

“AzPolitika”