Damian Prosalendis evsiz vəziyyətdə yaşadıqdan sonra cəmi 2 il ərzində milyon dollarlıq bir iş qurdu. Həmin müddət Damianın 19-21 yaş aralığına gəlir.
Damian tələbəlik illərində çətin zamanlar yaşayarkən həyatını inkişaf etdirmək üçün bir fürsət yarandı və sahibkarlığa başladı. Dərslərə getməkdənsə “həyat təhsilinə” zaman ayırmağa başladı.
Səbri və məlumat təcrübəsi ilə bir sahibkar olaraq şərtlər nə olursa olsun çətinliklərin öhdəsindən gəlinə biləcəyini sübut etdi. Damian təqdir ediləsi, pis həyat şərtlərindən və uğursuz vəziyyətlərdən xilas olmaq istəyən hər kəs üçün həyat dərsləri ilə dolu bir hekayəyə sahibdir. Damian uğurlu iş qurmaq üçün vacib olan bir neçə amilləri sıralayıb:
- Nə istədiyini bilmək
- Təhsil və özünü inkişaf etdirməyə daha çox fikir vermək
- Ətrafında düzgün insanları saxlamaq