“Bloomberg Billionaires Index” indeksinə daxil olan 21 milyarder, bir günə 117 milyard dollar itirib. Bunun əsas səbəbi isə ABŞ və Çin arasındakı ticarət müharibəsi olmuşdur.
“Amazon.com Inc.” şirkətinin təsisçisi Jeff Bezos, kotirovkaların düşməsi fonunda 3,4 milyard dollar itirib.
Bu, 2006-cı ilin iyulundan bəri ən böyük itkidir.
Səhmlərin qiymətinə təsir göstərən faktorlardan biri, Jeff Bezos-un 2,8 milyard dollarlıq səhm paketini satması olub. İyul ayının son üç günündə Bezos 1,8 milyard, avqust ayının 1 və 2-də isə daha 990 milyon dollarlıq səhm satıb.
Buna baxmayaraq, Bezos yenə də dünyanın ən zəngin insanları reytinqində liderlik edir. Müxtəlif qiymətləndirmələrinə görə, milyarderin sərvəti 110 milyard dollar təşkil edir.
Zəngin insanların sərvətinə digər bir sıra faktorlar da təsir göstərib. Məsələn, Hon-Kong elitası doqquz həftə ərzində davam edən etiraz aksiyaları səbəbindən zərər çəkiblər. 23 iyuldan bəri onların sərvəti 19 milyard dollar azalıb.
Bütün bunlara baxmayaraq, “Bloomberg Billionaires Index” ə daxil olan milyarderlərin mülkü 5,4 trilyon dollar təşkil edir. Bu, ötən ilin əvvəli ilə müqayisədə 11% çoxdur.