Huawei şirkəti artıq Mate 30 flaqman seriyası üzərində çalışır

Date:

Paylaş:

Huawei P30 və P30 Pro modelləri hələ satəşa çıxmayıblar, lakin Huawei şirkəti artıq Mate 30 flaqman seriyası üzərində çalışdığını etiraf edib. Bu barədə Gagadget saytı xəbər verib. Belə ki, Malayziyada mətbuat üçün keçirilmiş tədbirdə şirkət təmsilçiləri qeyd ediblər ki, bu ilin payız fəslində təqdim olunacaq yeni smartfonlar artıq test mərhələsini keçirlər.

Ənənəyə sadiq qalaraq sözügedən seriyaya 3 smartfon modeli daxil olacaq: Mate 30, Mate 30 Pro və Mate 30 Lite. Bu smartfonlar keçən ilki Mate 20, Mate 20 Pro və Mate 20 Lite modellərinin davamçıları olmalıdırlar. Mate 30 və Mate 30 Pro modelləri hələ təqdim olunmamış Kirin 985 prosessoru ilə təchiz olunmalıdırlar. Mate 30 Lite modeli isə bir qədər sadələşdirilmiş prosessor əldə edəcək. Çox güman ki, bu, Kirin 710 prosessoru olacaq.

Gözləntilərə əsasən Mate 30 ilə Mate 30 Pro modelləri Kirin 985 prosessoru ilə yanaşı həmçinin Balong 5000 5G çipini də əldə edəcəklər. Beləliklə belə qənaətə gəlmək olar ki, sözügedən smartfonlar 5G şəbəkəsini dəstəkləyəcəklər. Bundan əlavə olaraq smartfonlarda 5 arxa kamera modulunun olacağı da istisna olunmur. Şirkət yeni Mate 30 seriyasının təqdimatının ya sentyabr ya da oktyabr ayında baş tutacağına söz verib.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...