Əsas səhifə Biznes 2040-cı ildə Hindistan iqtisadiyyatı ABŞ-ı keçə bilər

2040-cı ildə Hindistan iqtisadiyyatı ABŞ-ı keçə bilər

1057

Yeni nəşr olunan bir hesabata görə Hindistan iqtisadiyyatı bu şəkildə böyüməyə davam edərsə ÜDM nisbəti ABŞ-ı geridə qoya bilər.

PwC’nin nəşr etdiyi “World 2050” hesabatına görə Hindistan 2040-cı ildə Çindən sonra dünyanın ən böyük iqisadiyyatı olacaq.

Hindistanın artan əhalisi bu inkişafa qarşı ən ciddi bariyer kimi görünsə də investisiya və texnologiya sərmayələrinin inkişafı və hökumət siyasətləri Hindistanın inkişafına böyük bir təkan oldu. PwC Hindistan iqtisadiyyatının 2016-ci ildən 2050-ci ilə qədər ildə təxminən 4.9% nisbətində artacağını nəzərdə tutur.

Hindistan iqtisadiyyatı hazırda dünyanın üçüncü böyük iqtisadiyyatıdır.

Rəy bildir

Please enter your comment!
Please enter your name here