“GSMArena” resursu tərəfindən dərc edilmiş araşdırmada müxtəlif illərdə müxtəlif nəsil şəbəkələrindən istifadə edən insanların sayı açıqlanıb.
Araşdırmanın müəllifləri müxtəlif nəsil şəbəkələrin tətbiqi sürətini və onlardan istifadə dərəcəsini qiymətləndirmək üçün müvafiq şəbəkələri dəstəkləyən telefonların populyarlığı üzrə məlumatlara əsaslanıblar.
Məlumata görə, hazırda “4G” şəbəkəsi dünyada liderdir. İstifadəçilərin təxminən 20%-i “3G”-dən və 1%-i isə ikinci nəsil şəbəkəsindən istifadəyə davam edir.
Araşdırmanın müəllifləri, həmçinin məlumat veriblər ki, “2G” erası ən uzun olub: 1991-ci ildən başlanıb və 2003-cü ildə bitib. “3G” şəbəkəsini dəstəkləyən telefonlar, həmçinin ani populyarlıq əldə etməyiblər. Bunun üçün 4 il vaxt lazım olub. “4G” dəstəkli qurğuların populyarlaşmasına isə 2 il vaxt lazım olub.
Bu məlumatlara əsaslanan tədqiqatçılar belə qənaətə gəliblər ki, yalnız 2023-cü ildə “5G” şəbəkəsindən istifadə geniş yayılacaq.