2022-ci ildə smartfonların 75%-i ixtisaslaşdırılmış süni intellekt çipləri ilə təchiz ediləcək

Date:

Paylaş:

2017-ci ildə “Apple” və “Huawei” şirkətləri öz aparatlarında süni intellekti dəstəkləyən ixtisaslaşdırılmış prosessorlar tətbiq ediblər: “iPhone 8” smartfonları “A11 Bionic” çipi, “Huawei Mate 10 Pro” aparatı isə “Hisilicon Kirin 970” prosessorları ilə təchiz edilib.

 2 il sonra, demək olar, bütün çip istehsalçıları ixtisaslaşdırılmış süni intellekt çiplərindən istifadə etməyə başlayıblar. Məsələn, “Qualcomm Snapdragon 855” prosessorunda “AI Tensor Accelerator” süni intellekt sürətləndiricisinə malik “Hexagon DSP” rəqəmli siqnal prosessoru, “MediaTek” isə daxili süni intellekt imkanlarına malik çiplər təklif edir.

“Counterpoint Research” analitiklərinin qiymətləndirməsinə görə, 2018-ci ildə süni intellekt texnologiyalarını dəstəkləyən təxminən 190 milyon smartfon satılıb. Mütəxəssislər hesab edirlər ki, 2022-ci ilədək 4 aparatdan 3-ü ixtisaslaşdırılmış süni intellekt prosessorlarına malik olacaqlar və belə qurğuların satış həcmi 1,25 milyarda yaxınlaşacaq.

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...