Əsas səhifə Biznes sahələri Texnologiya 2022-ci ilədək mobil telefonların qlobal satış həcmi 2 milyarda yaxınlaşacaq

2022-ci ilədək mobil telefonların qlobal satış həcmi 2 milyarda yaxınlaşacaq

1317
Paylaş
telefonlar satisi telefonlar ve qiymetleri telefonlar ucuz samsung telefonlar mobil telefonlar kredit kredit telefonlar ilkin odenissiz

Yeni mobil telefonlara tələbat azalır. “CCS Insight” tədqiqat şirkətinin proqnozuna görə, 2019-cu ildə təxminən 1,8 milyard aparat satılacaq ki, bu da 2018-ci ilin göstəricisindən 3% daha azdır. Bu, mobil telefonlardan istifadə müddətinin artması, Çinin iqtisadiyyatının zəifləməsi, başqa böyük bazarlarda makroiqtisadi və siyasi qeyri-sabitlik ilə izah edilir.
 
Bundan əvvəl analitiklər hesab edirdilər ki, 2022-ci ilədək mobil telefonların qlobal satış həcmi 2 milyarda yaxınlaşacaq, ancaq “CCS Insight” şirkətinin yeni proqnozuna görə, 2023-cü ilədək bu bazarın həcmi 1,9 milyard səviyyəsində saxlanılacaq.
 
Gözləntilərə görə, 2019-cu ildə Hindistanda təxminən 320 milyon mobil telefon satılacaq ki, bu da 2018-ci illə müqayisədə 5% daha yüksək göstəricidir. Təxmin edilir ki, 2023-cü ilədək Hindistan mobil telefonların satış həcminə görə Çinə yaxınlaşacaq.