2021-ci ildə əşyaların internetinə 1,4 trilyon dollar xərclənəcək

Date:

Paylaş:

İDC analitik şirkətinin mütəxəssisləri əşyaların internetinə (İoT) aid növbəti proqnozunu hazırlayıblar.

Analitiklər güman edirlər ki, bu il müvafiq bazar 16,7 faiz artaraq 800 milyard dolları üstələyəcək. Gözlənilir ki, 2021-ci ildə İoT xərcləri 1,4 trilyon dollara yaxınlaşacaq.

Daha çox vəsaiti – 105 milyard dolları bu il İoT tətbiqinə istehsalçı şirkətlər xərcləyəcəklər. Şəbəkədə elektrik, qaz və su təchizatına xərclər 56 milyard dollar səviyyəsində proqnozlaşdırılır. Nəqliyyatda yüklərin izlənməsi sisteminə 50 milyard dollar, anbar uçotuna 45 milyard dollar vəsait ayrılacaq.

“Ağıllı” binalar texnologiyası sifarişçilərə 40 milyard dollara başa gələcək. Yeri gəlmişkən, istehlak bazarının daha çox artan seqmenti “ağıllı” evlər üçün qərarlar olacaq. Bütün istehlak bazarına sənayedən təxminən 12 dəfə az vəsait lazım gələcək.

©lent.az

Oxşar yazılar

5 günə biznes qurmaq… – MÜSAHİBƏ

"İş Qurdu" layihəsinin növbəti qonağı "Ninja Kids Club"un təsisçisi Həvva xanım olub. https://www.youtube.com/watch?v=YxRFfsHEV-A&ab_channel=Maffinagency

“Evimi satıb işçilərin maaşını verdim” – MÜSAHİBƏ

"İş qurdu" komandası olaraq Şəki sakini "Qinyatogulları" arıçılıq təsərrüfatının sahibi Lətif Qinyətoğlunun qonağı olduq. Lətif bəy bizə arıçılıq biznesini...

Naxçıvanda yeni qeydiyyata alınmış hüquqi şəxslərin sayı 36 dəfə artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-da 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət...

Azərbaycanda bu il mehmanxanalar 86.6 faiz istifadəsiz qalıb

2023-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə...